İkinci istiqamət – infrastrukturun inkişafının gücləndirilməsi -Turizm infrastrukturunun əhəmiyyəti 1) Əsas infrastruktur 2) Yardımçı infrastruktur (əyləncə, turizm nümayişi və digər obyektlər) - Təhsil və təlim - Maliyyə dəstəyi mexanizmləri - İnformasiya texnologiyaları.
Üçüncü istiqamət – Azərbaycanda turizm məhsullarının müxtəlifliyi. Regional inkişaf Azərbaycanda Ərazi İdarəetmə Təşkilatları (ƏİT) şəbəkəsinin yaradılması.
Dördüncü istiqamət – turizm məkanı olan Azərbaycanın marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması - Azərbaycanın turizm məkanı (destinasiya) kimi təşviqi - Marketinq strategiyası və fəaliyyət planı - Bazarların qruplaşdırılması.
2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə turizm sektoru hesabına real ÜDM-in birbaşa 293 milyon və dolayı 172 milyon manatadək artacağı, cəmi 35 min olmaqla bilavasitə 25 min iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 350 milyon manat həcmində investisiya qoyuluşunu tələb edir. Turizm sektorunda göstərilən əsas təşəbbüslər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlaqələndirilir.
Mövz 15. Azərbaycanın ekoloji şəraiti və onun iqtisadiyyata təsiri
Plan:
1.Sənaye istehsalının artması ilə ətraf mühitin cirklənməsi
2 . Neft sənayesinin inkişafının ətraf mühitə təsiri
3. Ətraf mühitin qorunması yolları
Dostları ilə paylaş: |