Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı



Yüklə 109 Kb.
səhifə43/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   ...   39   40   41   42   43   44   45   46   ...   50
9-cu müh sonra Office Word (1)

3. Ətraf mühitin qorunması yolları.



Son illər ölkəmizdə ətraf mühitin mühafizəsi   sahəsində  böyük  layihələr həyata  keçirilir. Ekoloji vəziyyətin sağlamlaşdırılması üçün  həyata  keçirilən  bu layihələr  su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosferin mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsi sahələrinə yönəldilmişdir.

Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunan “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilib. Dövlət başçısının sərəncamı ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilib. Azərbaycan ətraf mühitin mühafizəsi  sahəsindəki son on illik  fəaliyyətinə görə  dünyada  ikinci yerdə qərarlaşıb. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan “Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi” (Environmental Performance Index) adlı sənəddə Azərbaycanın bu mövqeyi öz əksini tapmışdır. Sənədə əsasən Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir.“Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. belə nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Azərbaycan, həmçinin, meşələrlə bağlı qiymətləndirmədə hər 3 komponent üzrə - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində - həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə ən yüksək nəticə göstərərək 132 dövlət arasında birinci yeri tutub. Ötən il də ətraf mühitin mühafizəsi  ilə bağlı   bir sıra tədbirlər  həyata keçirilmişdir

Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı

sosialiqtisadi inkişafa nail olmaqdır.

Biomüxtəlifliyin qorunması, yanacaq -enerji kompleksinin ətraf mühitə

mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının

çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin

bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri

tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

Meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq

sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının

çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan

səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqlar salınacaqdır.

Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun

milli standartlar hazırlanaraq tətbiq ediləcəkdir.

Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid

ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin

miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə

müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır. Xammala qənaət, təbii sərvətlərdən

zərərsizləşdirilməsi, təkrar emalı, təkrar istifadəsi, həmçinin az tullantılı və

ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlər görüləcəkdir.

Tullantıların idarə edilməsi sahəsində mütərəqqi üsullardan istifadə olunacaq,

sənaye və məişət tullantılarının təkrar emalı üçün müəssisələr yaradılacaqdır.

Daşqın və subasma ilə bağlı fövqəladə halların baş verə biləcəyi zonalar

müəyyənləşdiriləcək, müvafiq qurumların istifadəsi üçün mütəmadi olaraq

proqnozlar tərtib ediləcəkdir.

Torpaq ehtiyatlarının səmərəli idarə olunması məqsədi ilə səhralaşma

proseslərinin qarşısının alınması, iri - sənaye və dağ-mədən obyektlərinin

fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların bərpası, kənd

təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi

sahəsində görülən işlər genişləndiriləcək, torpaqların antropogen

çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər həyata

keçiriləcəkdir.

Son on ildə Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi nisbətən

artmışdır. Urbanizasiya meylinin növbəti - illərdə də davam edəcəyi

gözlənilir ki, bu da şəhər infrastrukturunun formalaşdırılması ilə bağlı qarşıya

yeni - yeni tələblər qoyur. Paytaxtda və ölkənin digər yerlərində həm dövlət, həm

də özəl sektor tərəfindən aparılan tikinti-abadlıq işləri və iqtisadiyyatın bütün

sahələrinin inkişafı üzrə həyata keçirilən tədbirlər zamanı ətraf mühitin

mühafizəsi tələbləri ön planda olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr

ərzində mənzil-kommunal təsərrüfatı sahəsində köklü islahatlar aparılacaq,

ölkə əhalisinin su xidmətlərindən və bütün bunlarla yanaşı, ətraf mühitin

mühafizəsinə dair qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə uyğun

təkmilləşdirilməsi, səmərəli monitorinq və nəzarət mexanizmlərinin

yaradılması yönündə əməli addımlar atılacaqdır.

Eyni zamanda, ekologiya və təbiətin mühafizəsi sahəsində elmi araşdırma

fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcəkdir.


Mövzu 13. Azərbaycanın Beynəlxalq maliyyə- iqtisadi təşkilatları ilə əlaqələri

Plan:
1.Beynəlxalq maliyyə-iqtisadi təşkilatları ilə əlaqələrə ümumi baxış

2. Müstəqil Dövlətlər Birliyi

3.Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

4.Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat GUAM-GUUAM

5. İqtisadi Əməkdaşlıq Təşkilatı

6 İslam Konfransı Təşkilatı

7. Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası

8.Azərbaycanın Avropa Birliyi ilə münasibətləri




Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin