Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı



Yüklə 109 Kb.
səhifə46/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   ...   42   43   44   45   46   47   48   49   50
9-cu müh sonra Office Word (1)

2. Müstəqil Dövlətlər Birliyi - İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci  Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Müstəqil Dövlətlər Birliyi, post- Sovet məkanında iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması ücün bir alternativdir.

Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma- Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.

Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avgust ayında Rus ordusunun Gürcüstanadaxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.

MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olmuşdur.

Ukrayna 2014-ci ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

MDB-nin əsas məqsədləri aşağıdakılardır: MDB cərcivəsində dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə-yetirilməsi, siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın həyata kecirilməsi, beynəlxalq hüququnqəbul edilmiş ümumi prinsipləri ATƏTin sənədlərinə uyqun olaraq, əsas insan azadlıq hüquqlarının təmin olunması.

MDB ölkələri ilə iqtisadi münasibətlərdə mərkəz problemlərindən biri enerji daşıyıcıları və onların nəqlidir. Beləki, Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin neft və qaz yataqlarının istismarı və buradan cıxarılan xammalın qərb ölkələrinə daşınması prosesinin fəal iştirakcılarıdır. Bakı-Tibilisi -Ceyhan neft kəmərinin inşası və istifadəyə verilməsi iqtisadi sahədə böyük bir addım olmuşdur.

3. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

QDİƏT-in yaranma tarixi: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbulda 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılıb. Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət rəsmiləri İstanbul Zirvə görüşünün Bəyannaməsini və Bosfor Bəyannaməsini imzalamaqla QDİƏT-in əsasını qoyublar. QDİƏT çoxtərəfli iqtisadi əməkdaşlıq modeli kimi ortaya gəlməklə siyasi problemləri həll etməyi, bölgəyə sülh və əmin-amanlıq gətirməyi qarşısına məqsəd qoymuşdu. QDİƏT-nin strukturlaşması prosesini təmin etmək üçün üzv dövlətlər 1994-cü ilin martında İstanbulda təşkilatın Daimi Beynəlxalq Katibliyinin yaradılması haqda razılığa gəliblər. Katiblik İstanbul şəhərində yerləşir. Prosesin davamı olaraq 1997-ci il yanvarın 24-də üzv dövlətlər Qara Dəniz Ticarət və Əməkdaşlıq Bankının yaradılması haqda bəyannamə imzalayıblar. Təşkilatın ali orqanı - Xarici İşlər Nazirləri Şurasıdır. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda öz ölkəsinin ərazisində XİNŞ-in iclasını keçirir.

QDİƏT-in qarşısında duran əsas vəzifələr Qara Dəniz regionunda iqtisadi əməkdaşlığı inkişaf etdirmək və müxtəlif inteqrasiya layihələrini həyata keçirməkdən ibarətdir. Onun fəaliyyətinin başlıca iqtiqamətləri ticarət və iqtisadi inkişaf, bank və maliyyə işi, kommunikasiyalar, energetika, nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye, səhiyyə və əczaçılıq, ətraf mühitin mühafizəsi, turizm, elm və texnologiya, statistik məlumatlar və iqtisadi informasiya mübadiləsi, gömrük və digər sərhəd xidmətləri arasında əməkdaşlıq, beynəlxalq cinayətkarlığa, narkotiklərə, silah və radioaktiv maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə, terrorizmə qarşı mübarizə, Nizamnamə 1999-cu il mayın 1-də qüvvəyə mindi. Beləliklə təşkilatın fəaliyyətini təmin edən mexanizmlər yaradıldı və işə düşdü. Bu mexanizmlər dövlət və hökümət başçılarının xarici işlər nazirlərinin müntəzəm görüşlərindən, 10 işçi qrupundan və beynəlxalq katiblikdən ibarətdir. İşçi qrupları konkret problemlər (energetika, turizm sahəsində əməkdaşlıq, nəqliyyat, ticarət, iqtisadi inkişaf və s.) üzrə fəaliyyət göstərir. Həmçinin konkret funksiyaları icra etmək üçün Regional Energetika Mərkəzi, Beynəlxalq Qara Dəniz Təşkilatları Mərkəzi, Kiçik və Orta Sahibkarlığa Dəstək üzrə Balkan Mərkəzi, Qara Dəniz Ticarət və İnkişaf Bankı və s. yaradılmışdır.

Təşkilatın nizamnaməsinə uyğun olaraq, üzv ölkələr aşağıdakı sahələrdə əməkdaşlıq edirlər: Ticarət və iqtisadi inkişaf;Bank işi və maliyyə, Kommunikasiya, Enerji

Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye; Səhiyyə və farmaseptika; Ətraf mühitin qorunması;

Turizm; Elm və texnika; Statistik məlumatlar və iqtisadi informasiya mübadiləsi; Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq; Mütəşəkkil cinayətkarlıq, narkotiklərin qaninsuz dövriyyəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror aktları qeyri-qanuni miqrasiya ilə mübarizə.


Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin