Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı



Yüklə 109 Kb.
səhifə48/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   ...   42   43   44   45   46   47   48   49   50
9-cu müh sonra Office Word (1)

5.İqtisadi Əməkdaşlıq Təşkilatı

Ekonomik Cooperation Orqanization (ECO) – İqtisadi Əməkdaşlıq Təşkilatı -1985-ci

ildə İran, Pakistan və Türkiyə tərəfindən bu dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı həyata kecirmək məqsədi ilə yaradılan hökumətlərarası regional təşkilatdır. 28 noyabr -İƏT günü sayılır.

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunmuşdur. Həmin gün Azərbaycanla yanaşı daha 5 digər ölkə (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) təşkilata üzvlüyə qəbul olunmuşdur. İƏT-in bu genişlənməsi hazırda28 noyabr İƏT “İƏT günü” kimi qeyd olunur.

Azərbaycan İƏT-in təsis edilməsi haqqında 1987-ci il tarixli İzmir müqaviləsinə və müqavilənin 1990-cı il 18 iyun və 1992-ci il 28 noyabr tarixli protokollarına Azərbaycan Respublikası Milli Məclisinin 3 sentyabr 1993-cü il tarixli 699 nömrəli qərarı ilə qoşulmuşdur.

1997-ci ildən bəri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndələr Şurasında Azərbaycan Respublikasının daimi nümayəndəsidir.

Azərbaycan Respublikasının bu təşkilata qoşulmaq məsələsinə dair mövqeyi birmənalı deyil. Bir tərəfdən İƏT regionunda ticarəti təşviq edəcək belə belə bir Sazişin imzalanması faydalı hesab edilə bilər.

İqtisadi əməkdaşlıq təşkilatının məqsədləri aşağıdakılardır:



  • Üzv dövlətlərin dayanıqlı iqtisadi inkişafı;

  • Üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya edilməsi;

  • İqtisadi liberallaşdırma və özəlləşdirmə;

  • İƏT regionunun maddi resurslarının toplamnası və idarə edilməsi;

  • İƏT regionununkənd təsərrüfatı və sənaye potensialının səmərəli şəkildə inkişaf etdirilməsi


Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin