Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı



Yüklə 109 Kb.
səhifə42/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   ...   38   39   40   41   42   43   44   45   ...   50
9-cu müh sonra Office Word (1)

Z=Z+Z+Z+Z+Z
Burada Z- magistral neft kəmərlərində qəza nəticəsində ətraf mühitə və təsərrüfata dəyən tam ziyan;

Z- qəza nəticəsində müəssisənin özünə dəymiş ziyan;

Z- neft cıxarılan müəssisələrin boş dayanmalarından dəyən ziyan;

Z- neftayırma zavodlarının boş dayanmalarından dəyən ziyan;

Z- ətraf mühitə dəyən ziyan.
Dəyən ziyanın bütün toplananlarını müəyyən etmək ücün əsas məlumatlar

(göstəricilər) qəza nəticəsində tökülən neftin həcmi və onun ətraf mühitə yayılmasıdır. Ziyan hesablandıqda qızanın nəticılırinin aradan qaldırılması müvafiq işlərin smeta dəyəri ilə müəyyənləşdirilir.

Göstərilən üsui ilə hesablanmış ziyanın həcmi toplanmış cirkləndirici maddələrin muqdarı və qəzanın aradan qaldırılması tədbirlərinin aparılması müddətindən asılı olaraqazaldıla bilər.

Ətraf mühitin neftlə cirklənməsinin iqtisadi dəyərləndirilməsi ücün Rusiya Federasiyasının Yanacaq-Energetika Nazirliyi tərəfindən magistral neft kəmərlərində qəza zamanı ətraf təbii mühitə dəyən ziyanın müəyyənləşdirilməsi ücün üsul işlənmişdir. Üsulda neft kəmərlərində qəza baş verən zaman ətraf təbii mühitə dəyən ziyanın həcmini müəyyən edən amillərin qiymətləndirilməsi, torpaqların, su obyektlərinin və atmosferin curklənməsindən ətraf təbii mühitə dəyən ziyanın qiymətləndirilməsi, magistral neft kəmərlərində qəza zamanı ətraf təbii mühitin cirklənməsinə görə ödəmələr, bu obyektlərdə qəzalar zamanı ətraf təbii mühitin cirklənməsinə görə ödəmələrin hesablanması qaydası işlənmişdir.

Üslubda göstərilir ki, neft kəmərlərində qəza baş verən zaman ətraf təbii mühitə dəyən zərərin həcmini müəyyənləşdirən bir sira amillər mövcuddur:


  • neft kəmərlrindən axan neftin həcmi və onun ətraf mühitin komponentləri üzrə yayılması;

  • torpağın cirklənməsinin sahəsi və dərəcəsi;

  • su obyektlərinin cirklənməsinin sahəsi və dərəcəsi;

  • atmosferə atılan karbohidrogenlərin həcmi.

Müstəqillik qazandıqdan sonra Azərbaycan dənizində neft və qaz

kəşfiyyatına və bir cox yataqların istismarına digər ölkələrdən daha əvvəl başlamışdır. Bununla yanaşı, 20-dək xarici dövlətin 40-dan cox şirkəti bu işə qoşulmuşdur. Nəzərə alınmalıdır ki, quruya nisbətən dənizdə neft, qaz və başqa sənaye xammallarının cıxarılması mürəkkəbdir. Yüksək kapital, material və əmək tutumludur, həm də ekoloji cəhətdən təlükəlidir. 370 min kvadrat kilometr (adalarsız) (1929-cu ildə 422min kvadrat kilometr) sahə tutan Şimaldan Cənuba təqribən 1200 km. uzanan, orta eni 320 km. olan, indi dəniz səviyyəsindən təxminən 26 m. aşağıda yerləşən Xəzər dənizində baş verən qəzalar nəticəsində suyun intensiv cirklənməsi qarşısı alına bilməyən ekoloji, iqtisadi və siyasi fəsadlara səbəb olur.

İstər quruda, istərsə də dənizdə neft, qaz sənayesinin inkişafı, bununla əlaqədar estakadıların, tikilməsi, boru kəmərlərinin cəkilməsi, müztəlif növ tullantılar,mədənlərdə,magistral neft kəmərlərində baş verən qəzalar ətraf mühitin cirklənməsinə səbəb olur ki, bu da bioloji mübadiləni ləngidar, insanların sağlamlığına ziyan vurur.

Bunu nəzərə alaraq, Xəzərdə fəaliyyət göstərən şirkətlərin ekoloji hüquqi proqramları fəaliyyətdə plmalıdır ki, mənfi halların baş verməsinin qarşısını ala bilsin. Göstərilən proqrama uyğun fəaliyyətdə olan müəssisələrin ekoloji təhlükəsizliyi, normativlərdən kənar tullantıların azaldılması, qəza törədənlərə, dənizi cirkləndirənlərə qarşı hüquqi, iqtisadi sanksiyaların tədqiqi daxil edilməlidir.

Neft və qaz yataqlarının kəşfiyyatı və istismarı ilə əlaqədar Xəzərin Azərbaycan sektorunun neft məhsulları ilə cirklənməsi mənbələrini şərti olaraq iki qrupda birləşdirmək olar. Bunlardan biri daimi mənbələrdir. Buraya aşağıdakilar daxildir:



  • dəniz neft-qaz hasilatı mədənləri;

  • qurqda yerləşən sənaye və neft-kimya obyektləri;

  • limanlar və dəniz nəqliyyatı;

  • Xəzərin şimalından daxil olan cirkləndiricilər;

  • Dənizə tökülən caylar.

İkinci qrupa qəzalarla əlaqədar dənizə birdəfəlik neft məhsulu tökə bilən

mənbələr daxildir. Həmin mənbələr aşağıdakılardan ibarətdir:



  • neftdaşıyan gəmilərin qəzaya uğraması nəticəsində dənizə neft məhsullarının tökülməsi;

  • nəqliyyat və yükdaşıyan, üzən vasitələrin qəzaya uğraması nəticəsində dənizə neft məhsullarının axıdaıması;

  • dənizin sahilində yerləşmiş sənaye, məişət və nəqliyyat obyektlərində baş verən qəzalar nəticəsində baş verə biləcək cirklənmələr;

  • buruqlar qazılanda qəza zamanı əmələ gələn cirklənmələr;

  • dəniz borularında və texnoloji proseslərdə baş verən qısamüddətli qəzalarla əmələ gələn cirklənmələr.

Dənizdən cıxarılmış neftin və qəbul edilmiş itkinin miqdarından asılı olaraq hər il dənizə 150 tondan 1604 tona qədər neft tökülə bilər.

Xazar dənizinin səthinin sahəsi 355-400 min kvadrat kilometr təşkil edir. Onun səthinin monomolekulyar neft pərdəsi ilə tamamilə örtmək ücün 12,3 min ton neft kifayətdir.

Neft dağılan hallarda ən həssas hesab olunan aşağıdakı zonalar müəyyən edilmişdir.



    1. Sualtı boru kəmərlərinin Səngəcal yaxınlığında sahilə cıxdığı yeri

ətrafı. Zonada boru kəmərindən sızma və ya onun qıralması nəticəsində cirklənmə ehtimalı yüksakdir. Bu akvatoriyada dənizin dərinliyi 10 m-dir və burada dəniz otları, bitkiləri müşahidə olunur.

    1. Abşeron yarımadasının şərq hissəsi və adalar. Zonada boru

kəmərindən sızma və ya onun qırılması nəticəsində cirklənmə ehtimalı yüksəkdir.

    1. Kür cayının deltası. Bu zona qış dövründə quyudan dənizə

tullamaların təsir zonasının daxilində yerləşir. Zona balıqcılıq ücün əhəmiyyətlidir.

4. Qızılağac körfəzinin daxil olduğu zona. Bu zona təsir zonası hüdudlarından kənarda yerləşsə də, neft dağılmalarının modelləşdirilməsi yolu ilə müəyyən edildiyi kimi , risk zonasına aiddir.



Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin