Mövzu: 10 ƏDƏBİ DİL, onun normalari



Yüklə 233,5 Kb.
səhifə9/17
tarix24.12.2023
ölçüsü233,5 Kb.
#192421
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Mövzu -10

Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq – la, -lə şəklində bitişik yazıla bilər.



  1. Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.




  1. Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha



gözəl, lap pis, ən yaxşı.


-mı, -mi, -mu, -mü sana/sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Kitabdırmı?, Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana? ...


Qeyd: -mı, -mi, -mu, -mü sual ədatı da/də ədatından ayrı yazılır: Sən də




mi gedirsən? O yenə də mi danışacaq? ...

5. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh,




vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha....

6. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay




haray...


Birinci hərfi böyük yazılan sözlər

1. Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhəsən oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar ...


Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan...


Tarixi hadisələrin, dövlətlərin, sülalələrin, nomenklatur terminlə işlənən


yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası...


Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü...


4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti....


5. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məcli-sinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbay-can Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, Beynəlxalq Qadınlar Günü...


6. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqla və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Dəli Kür” romanı, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mineral suları...




Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda

yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası.


Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanlm və s.


sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım...





Yüklə 233,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin