Hərfburaxma
sözün vurğusuz hecasında zəif tələffüz olunan ı, i, u, ü saitləri buraxılır.
Məsələn, inqlab (inqilab), qzmar (qızmar), məktəbmiz (məktəbimiz), əsəbləşmək (əsəbiləşmək), hamsı (hamısı), öznü (özünü), səlqəli (səliqəli), ərzə (ərizə), iksi (ikisi), yubley (yubiley), tsbağa (tısbağa), xalqmız (xalqımız) və s.;
b) eyni qoşasamitli bir sıra sözlərdə (vurğusu qoşa samitdən sonra vurulan sözlərdə) həmin samitlərdən biri yazılmır. Məsələn, atestat (attestat), qramatika (qrammatika), kəşfiyat (kəşfiyyat), teror (terror), ədəbiyat (ədəbiyyat) və s.;
ədəbi tələffüz qaydasına görə iki kar samitlə bitən sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, sözün sonundakı qoşa samitdən biri düşür və ya
başqa səslə əvəz olunur. Bu tələffüz qaydasının təsiri ilə yazıda səhvə yol verilir. Məsələn, güzəşsiz (güzəştsiz), dosluq (dostluq), nefççi (neftçi), növbəççi (növbətçi) və s.
Hərfartırma
samitlə sonor samitin yanaşı işləndiyi sözlərdə. Məsələn, höküm (hökm), hökümdar (hökmdar), rəhimdil (rəhmdil), dövür (dövr), kəsir (kəsr) və s.;
müxtəlif qoşasaitli sözlərdə qoşa samitlərin arasında. Məsələn, ayilə
(ailə), poyema (poema), duyet (duet), arteziyan (artezian) və s.;
müxtəlif samitin yanaşı işləndiyi sözlərdə. Məsələn, noyabır (noyabr), kıran//krant (kran), Hüseyin (Hüseyn), pisxoloq (psixoloq), valideyin (valideyn), Birtaniya (Britaniya), Şekispir (Şekspir) və s.
Hərflərin əvəz olunması ilə bağlı qüsurlar
alınma sözlərin vurğusuz hecasında o əvəzinə tələffüzə uyğun olaraq a
yazılması. Məsələn, fantan, paraxod, mantyor, prakuror, marfalogiya, kansert, kamanda və s.;
sözün ikinci hecasında saitin tələffüzə uyğun yazılması. Məsələn,
mühüt (mühit), münbüt (münbit), müdür (müdir) və s.;
kar samitlərin cingiltili samitlərlə əvəzlənməsi. Məsələn, dəfdər, asdar, hətda, əlbətdə, kəşviyyat, şafdalı, resbublika, Müşviq, bitgi və s.;
ç) sözlərdə cingiltili samitlərin kar samitlərlə əvəz olunaraq yazılması. Məsələn, armut, palıt, qoçax, əhənk, həsət, kənt, qənt, aftomat, aftobus, şüphəsiz və s.;
söz ortasında cingiltili samitlərin əvəzlənməsi. Məsələn, təmbəl, şəmbə,
gümbəz, görümməz, mümbüt (münbit) və s.;
e) sözlərin ortasında kar samitdən əvvəl gələn q samitinin k ilə yazılması. Məsələn, rəks (rəqs), iktidar (iqtidar), məksəd (məqsəd), nöksan (nöqsan), Oktay (Oqtay) və s.
Adi danışıq dili və yerli şivəyə xas olan qüsurlar:
a) adi danışıq dilinə məxsus qüsurlar. Məsələn; pılan, hərif, tərbiyyə, heysab, haçar (açar), zülüm, məhşur, istəkan, hökmət, doğurdan, təcürbə, hasan (asan), hindi (indi), əvəl (əvvəl), qüvət, işqaf, ustul (stul), telfun, şikil, sutun və s.
yerli şivəyə məxsus olan orfoqrafik səhvlər. Məsələn; mişar, aton, nənön, ineg, boba, qalistok, kinova, alıtımış, tusbağa, midalyon, xüsüsi, manıt, qırıx (qırx), tırp, hayva, dəyil, bajı, dəyşət, öysürmək, çərçin (gərqin), dəgirmi (dəyirmi), səhrəd (sərhəd), ürdək, cüclü (güclü) və s.
Yuxarıdakı qəbildən olan və qeyd etmədiyimiz digər səhvlərə (məsələn, xüsusi isimlərin, mürəkkəb sözlərin yazılışı, sözün sətirdən-sətrə keçirilməsi və s.) yol verməmək, dilimizin yazılı formasından qüsursuz istifadə edə bilmək üçün yazan orfoqrafiya normalarına – vahid və sabit yazı qaydalarına düzgün riayət etməyi bacarmalıdır. Bu normalar barədə yığcam söhbət açaq.
Dostları ilə paylaş: |