(Sabir)
Bir adam olsaydı, ax, keçən günləri geri qaytaraydı (Ə.Haqverdiyev).
NÖQTƏLİ VERGÜL
Aşağıdakı hallarda nöqtəli vergüldən istifadə olunur:
a) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Məs.;
Qarqar çayının həzin şırıltısı, Gülpərinin palazlara, xalçalara endirdiyi toqqaların taqqıltısı ətrafa yayılırdı; hələ naxırçıların hay-harayı da bu səslərə qarışanda bu bir tərəkəmə toyunu xatırladardı (Ə.Haqverdiyev).
DEFİS
mürəkkəb sözlərin tərəfləri arasında. Məs.; dadlı-dadlı, dost-aşna,
qohum-qardaş, yavaş-yavaş və s.
b) mürəkkəb qısaltmalarla şəkilçi arasında. Məs.; ADPU-nun, ABŞ-ın,
NATO-ya və s.
c) sıra saylar rəqəmlə yazıldıqda. Məs.; 5-ci, 10-cu, 4-cü və s.
ç) izafət tərkiblərində. Məs.; nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal.
TİRE
1) Cümlə üzvünün əlavəsindən əvvəl. Məs.;
1. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi – İtqapan kəndinin əhli Novruzəlidir (C.Məmmədquluzadə).
Üç duyğu – qorxu, sevinc və utancaqlıq üçü də birdən Dilbərə hücum
etdi (C.C.).
Müqayisə edilən obyektləri daha qabarıq nəzərə çarpdırmaq üçün onların (qarşılaşdırılan sözlərin) arasında. Məs.;
Sən günəş – mən səndən nur alan Ayam,
Sən bir səs – mən isə əks-sədayam!
Zirvəsən – zirvəyə qalxan cığıram.
Dostları ilə paylaş: |