cümlənin ortasında gələn ara sözün hər iki tərəfində. Məs.; Onlardan biri, nəhayət, ağır addımlarla qadının buz heykəlinə doğru gedir (Ə.Məmməd-
xanlı).
cümlənin sonunda gələn ara sözdən əvvəl. Məs.; Yazda əkdiyim şaftalı ağacı quruyur, deyəsən.
VI. Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusiləĢən cümlə üzvündən əvvəl.Məs.;
Bütün ölkələrin xalqları, o cümlədən də Azərbaycan xalqı terrorizmi pisləyir və ona qarşı mübarizə aparır. 2. Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi (İ.Şıxlı).
VII. Xitablarda vergül:
cümlənin əvvəlində gələn xitabdan sonra. Məs.; “Ay ana, bircəsaatdincəl, ayaqların yoruldu, haldan düşdün” (“Min bir gecə”).
A qardaşlar, iş başına!
Biz də bir iş görəlimm!
(Ə.Cavad)
) cümlənin ortasında gələn xitabdan əvvəl və sonra. Məs.;
Adətimizdir, bala, səfərə çıxanın dalınca su atarlar (G.H.).
c) xitab cümlənin sonunda gəldikdə ondan əvvəl vergül qoyulur. Məs.;
Səhər çağı
Göy meşədən
Dərdim səni, ağ çiçək.
(N.Xəzri)
VIII. Nidalarda vergül
Alçaq tonla deyilən cümlələrdə nidadan sonra. Məs.;