Mövzu 10: İqtisadi göSTƏricilərin proqnozlaşdirilmasinin statistik metodlari



Yüklə 78,49 Kb.
səhifə5/5
tarix15.05.2022
ölçüsü78,49 Kb.
#58073
1   2   3   4   5
Копия Biznes statistikası

halına gətirilməsi

Proqnozlaşdırma metodlarını

onların formalaşma dərəcələrinə görə təsnifləşdirmək olar:
  • ümumi fəaliyyət prinsiplərinə

  • 2. proqnozlaşdırmanın istiqaməti və təyinatına

    3. informasiyaların əldə edilməsi və işlənməsi üsullarına

    4. proqnoz modellərinin parametrlərinin müəyyən edilməsi qaydalarına görə

Proqnozlaşdırmanın

formalaşdırılması dərəcəsinə görə

onun bütün metodları iki yerə bölünür:

1) ekspert (intuitiv) metod

2) formalaşdırma metodu

Proqnozlaşdırmanın ekspert metodundan

əsas etibarilə aşagıdakı hallarda istifadə olunur:

1. proqnozlaşdırma obyektini riyazi cəhətdən formalaşdırmaq mümkün olmadıqda;

2. nəticə çıxarmaq üçün kifayət qədər statistik seçmə aparmaq mümkün olmadıqda;

3. proqnozlaşdırma obyekti həddindən çox mürəkkəb olduğuna görə çoxsaylı amillərin təsirinin nəzərə alınması mümkün olmadıqda;

4. təcili qərarlar qəbııl edilməsi lazım gəldikdə və ekstremal şərait yarandıqda.

Proqnozlaşdırmada ekspert qiymətləndirmələri metodunun mahiyyəti ondan ibarətdir ki, mütəxəssisin və ya mütəxəssislər qrupunun peşə, elmi və praktik fikirlərinə əsaslanan rəyi proqnoz vermək üçün əsas götürülür.

Bu metodun tətbiq olunmasına «ekspertiza» deyilir. Lakin proqnozlaşdırmanın bu metodunun tətbiq dairəsi məhduddur. Çünki ondan adətən problem haqqında kifayət qədər məlumat olmadıqda istifadə edilir.

Elm və texnika, bir sıra sosial problemlərin, xüsusilə də içtimai rəyin öyrənilməsi məqsədilə aparılan sorğularda ekspert metodu haqqında böyük təcrübə toplanmışdır.

Seçmə tədqiqat metodu

müxtəlif əhali qruplarının həyat səviyyəsi haqqında operativ və geniş informasiya əldə edilməsinə imkan verir.

Bu tədqiqatın nəticələri müxtəlif sosial-iqtisadi

proseslərin səciyyələndiriməsi, əhalinin gəlir səviyyəsinə görə

qruplara ayrılması, regionların inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün olduqca vacibdir.

Ekspert proqnozlaşdınlmasında

anket paylanması metodundan da geniş istifadə olunur. Anket suallannın tərtib olunması olduqça mürəkkəb bir işdir. Anket sualları və onlara verilən cavablar qapah və ya açıq variantlarda ola bilər. Bu, öyrənilən obyekt haqqında məlumat əldə edilməsinə imkan verir.

Ssenari yazılması metodunda hazırda və gələcəkdə bir-biri ilə qarşılıqh əlaqədə olan hadisələr ardıcıl olaraq təsvir edilir. Burada məqsəd hadisənin strateji inkişaf istiqamətlərini müəyyən etməkdir. Ssenari bir qayda olaraq strateji planlaşdırma üçün işlənib hazırlanır. Obyektiv proqnoz vermək üçün hadisənin

inkişafına dair bir neçə ssenari işləyib hazırlamaq lazımdır. Bu metodun üstünlüyü ondadır ki, o, ekspertlərin fərdi qabiliyyətlərindən və psixoloji təzyiqdən istifadə edilməsinə imkan verir.
Yüklə 78,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin