Hələ iki min il bundan əvvəl qədim yunan həkimi Hippokrat
«Proqnozlaşdırma» adlı
əsər yazmışdır. O, proqnozlaşdırmaya əsasən müxtəlif xəstəliklərin əmələ gəlməsi və yayılmasına diaqnoz və proqnoz qoymaq vasitəsi kimi baxırdı. O, dövrdə gələcəyi görmək, gələcəyi qabaqcadan xəbər vermək intuisiyaya, tez- tez isə əlamətlərə əsaslanırdı.
Proqnozlar
qabaqlama vaxtına görə
aşağıdakı kimi təsnifləşdirilir:
1) bir ayadək müddəti əhatə edən operativ proqnoz
2) bir ilədək müddəti əhatə edən qısamüddətli proqnoz
3) bir ildən beş ilədək müddəti əhatə edən orta müddətli proqnoz
4) beş ildən yuxarı müddəti əhatə edən uzun müddətli proqnoz
Proqnozlar məzmunlarına, informasiya bazasına, istifadə olunan metodlara görə də bir-birindən fərqlənir.