təəssürat və onun həyat təcrübəsi göstərilən müxtəlifliyin yaranmasına səbəb olan başlıca cəhətlərdəndir. Bütün bunlar isə ifaçının əsəri ifa edərkən hansı
məsələləri açmağa səy göstərdiyini, nə məqsədlə bunları etdiyini və əsərin hansı
faktları ilə dinləyicilərə təsir etmək istədiyini göstərir. İfaçı əsərin ideya-bədii
mahiyyətini necə başa düşübsə, dinləyicilərə də bunu çatdırmaq məqsədini izləyir.
Əsərdə təsvir olunanları xəyalında necə canlandırıbsa, onda təsvir olunan həyatı
necə yaşayıbsa dinləyiciləri də məhz buna sövq etmək istəyir. Aydındır ki, ifaçı
dinləyicilərin təkcə şüuruna, ağlına deyil, həm də hisslərinə təsir etməyi qaşısına
məqsəd qoyur. Bu ifaçının reallaşdırmalı olduğu başlıca vəzifədir. Həmin vəzifənin
həyata keçirilməsi isə sözün təsirini yaradır. Sözün təsiri əsərin bədii-estetik
keyfiyyətləri barədə dinləyicidə aydın təsəvvürün yaradılmasında həlledici rol
oynayır. Lakin ifaçı əsəri necə başa düşdüyünü deyil, həm də müəllifin şəxsiyyətini necə qavramasını, fərdi üslubuna və bütövlükdə yaradıcılığına münasibətini əsas götürür. Aydın olur ki, bu münasibət əsas məğzinə, ümumi istiqamətinə görə uyğun gəlsə də, ayrı-ayrı ifaçılarda fərqli meyillər olacaqdır. Bədii əsərlərin oxuya hazırlaşdırılması:Ədəbi əsərlərin məzmunun
öyrədilməsində ən mühüm mərhələ onun ifadəli oxusunun həyata keçirilməsidir.
Metodik ədəbiyyatda ədəbi əsərlərin ifaçılıq təhlili anlayışına nələrin daxil
edilməsi barədə yekdil qərar vardır. Mütəxəssislər bir fikirdə həmrəydirlər ki,
ifaçılıq təhlili ədəbi əsərlərin məzmunun dinləyicilərə çatdırılması işində mühüm
bir mərhələdir və o ifaçıdan ciddi hazırlıq tələb edir. Əsərin ifaçılıq təhlili ifaya hazırlıq prosesinin mühüm tərkib hissələrindən biridir. Hər bir ifaçı bədii mətnlərdə əks olunan məzmunu diqqətlə öyrənməlidir. Öyrənilən məzmun təhlil