ifaçı ifaya hazırlıq mərhələsində düşünərkən öz-özlüyündə orta mövqe tutan bir obraz –təhkiyəçi obrazı yaradır. Bu obraz ifa olunacaq mətnin məzmununun necə
çatdırılacağını müəyyənləşdirir. İfa edəcəyi əsəri ən xırda detallarına qədər tam və
aydın təsəvvür etməyə nail olur, əhvalat və hadisələrin əlaqələrini, ardıcıllığını
təxəyyülündə canlandırır. Bütün bunlar ona danışacağı əhvalatların, hadisələrin
şahidi kimi çıxış etməyə imkan verir. O, ədəbi qəhrəmanlar haqqında onların tanışı
kimi məlumat verir, bu isə onun ifasının inandırıcı, təbii və səmimi olmasını təmin
edir. İfaçının işi ciddi axtarış, yaradıcılıq zəhməti tələb edir, ifaçı yalnız ədəbi
qəhrəmanlar haqqında deyil, onu əhatə edən şərait, onun bağlı olduğu mühit və
məişət barədə dolğun təsəvvür yaratmalıdır. Bütün bunlar isə müəllifin
yaratdıqlarına ifaçının dərindən nüfuz etməsini ciddi vəzifə kimi qarşıya qoyur.
Əsərdə təsvir olunanları təsəvvürdə bütünlüklə canlandırmaq, müəllifin ən gizli
niyyətlərini duymaq, istifadə olunmuş bədii vasitələri aydınlaşdırmaq bu vəzifənin
əsasında dayanır. Bu çətin, eyni zamanda mühüm vəzifənin reallaşdırılması mətnin
düşünərək, diqqətlə oxunması və hərtərəfli təhlili nəticəsində mümkündür. Hər bir
ifaçının ədəbi qəhrəmanları, müəllifin mövqeyini və məramını zövqünə uyğun şərh
etməsi çatdırması təbii haldır. Bu ondan irəli gəlir ki, hər bir ifaçı əsərdə təsvir olunanları, onların mahiyyətini, məğzini düşüncəsinin imkanları dairəsində dərk edir. Əsərdə təsvir olunan həyatı ifaçı özü başa düşdüyü şəkildə şərh edir,
dinləyiciyə çatdırır. Belə müxtəlifliyin olması mümkündür və hər bir ifaçının şəxsi, fərdi xüsusiyyətləri, mədəni səviyyəsi ilə şərtlənir.Əsərdə təsvir olunan əhvalat və hadisələrin, insanların, onların fikir və əməllərinin ifaçıda yaratdığı