Məlumatverici bacarıq və vərdişlər:
- elmi materialları didaktik yolla işləməklə tədris materialı şəklinə salmağı bacarmaq;
- əsas didaktik vahidləri (anlayış, bacarıq və inam) ayırmaq, onların təşəkkülü və inkişafı yollarını işləyib hazırlamaq və şagirdlərin müvafiq bilik sisteminə daxil etmək;
- müvafiq məktəb fənninə dair xarakterik metodlar sistemini təkcə tətbiq etməklə kifayətlənməmək, eyni zamanda onları inkişaf etdirmək;
- proqramlaşdırılmış təlim ünsürlərini tətbiq etmək;
- şagirdlərin anlayacağı, məntiqi, aydın, qısa və ifadəli şəkildə danışmaq;
- əks əlaqəni təmin etmək;
- şagirdlərin muzeyə, təbiətə, istehsalata ekskursiyalarını təşkil etmək, onları kənd təsərrüfatı əməyi ilə tanış etmək, məşğələləri tədris emalatxanalarında və tədris-təcrübə sahəsində aparmaq.
Dostları ilə paylaş: |