İstiqamətləndirici bacarıq və vərdişlər:
- elmi dünyagörüşü, təbiət və əməyə düzgün münasibəti təşəkkül etdirmək;
- şagirdlərdə tədris fəaliyyətinə və elmə, məhsuldar əməyə və cəmiyyətin tələblərinə, öz şəxsi istiqamət və imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;
- şagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, estetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.
Müəllimin bu cür pedaqoji bacarıq və vərdişləri onun ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəffəqiyyətlə həyata keçirməsinə imkan verir. Bu cür bacarıq və vərdişlər pedaqoji fəaliyyət prosesində formalaşmaqla yanaşı, həmin fəaliyyətin səmərəli təşkilini təmin edir. Pedaqoji bacarıq və vərdişlər qabiliyyət səviyyəsinə yüksəldikdə pedaqoji fəaliyyətin müvəffəqiyyətlə icrası üçün əsas amilə çevrilir.
Müəllimin təlim və tərbiyə prosesində yüksək göstəricilər əldə etməsi onun pedaqoji qabiliyyətlərinin inkişafından asılıdır. Pedaqoji qabiliyyətlərin inkişafı müəllimin şəxsiyyətində pedaqoji fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün zəruri olan fərdi psixi xassələrin formalaşmasına səbəb olur.
Bütün pedaqoji qabiliyyətləri şərti olaraq üç qrupda birləşdirmək olar: şəxsi qabiliyyətlər, didaktik qabiliyyətlər, təşkilatı-kommunikativ qabiliyyətlər.
Dostları ilə paylaş: |