Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı



Yüklə 69,17 Kb.
səhifə4/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   2   3   4   5   6   7   8   9   ...   52
Mövzu 12.

İnkişafetdirici funksiya, adından məlum olduğu kimi, müəllimdən öz şagirdlərini inkişaf etdirmək vəzifəsini həyata keçirməyi tələb edir. Təlim və şagirdlərin inkişafı vahid, bir-birilə bağlı proseslərdir. Ona görə də inkişaf­etdirici pedaqoji funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, müəllim şagirdlərin şəxsiyyətlə­rinin əqli, sensor və emosional sahəsinin, idrak imkanlarının forma­laşması və inkişafı yolla­rını müəyyənləşdirə bilsin, onlarda müstəqil işlə­mək bacarığı aşılaya bilsin. Bunun üçün isə müəl­lim bir sıra zəruri bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Bunlardan: müxtəlif yaş dövründə şagirdlərdə idrak qabiliyyətləri inkişafının psi­xoloji-pedaqoji əsasları haqqında bilikləri, öyrə­nilən faktları təhlil etmək və ümumiləşdirmək, müqayisə etmək, onların mühüm və ikinci dərəcəli əlamətlərini ayıra bilmək bacarığını, şagirdi problem situasiya ilə qarşılaş­dıra və onu fikir­ləşdirə bilmək bacarığını və s. göstərmək olar.


Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin