Mövzu 12. Bank sferasinda marketinq bank marketinqinin məzmunu və xüsusiyyətləri Bank xidmətləri (məhsulu)



Yüklə 331,5 Kb.
səhifə16/28
tarix25.12.2016
ölçüsü331,5 Kb.
#3081
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
2. Bankın bazarda mövqeyi dedikdə, bankın məqsədli bazarlarda tutduğu yer nəzərdə tutulur. Bu mövqe bankın fəaliyyətinin nəticələri, digər maliyyə-kredit institutları ilə müqayisədə rəqabət üstünlükləri və çatışmazlıqları ilə müəyyən edilir.

Deyək ki, “Kapitalbank”ın rəqabət üstünlüyünə geniş filiallar və əhali üçün geniş spektrdə kompleks xidmətlər daxildir: kommunal ödənişləri, vergilərin, sığorta ödəmələri və yığımlarının qəbulu, təqaüd, müavinət və yardımların, habelə əmək haqqlarının verilməsi və s. Elə bunun nəticəsi olaraq, bu bank ölkədə güclü mövqeyini qoruyub saxlayır, əhalinin manatla əmanətlərini cəlb etməkdə onun bərabəri yoxdur. Amma zəif cəhətləri də var: bank texnologiyalarının zəifliyi, maddi-texniki bazanın köhnəlməsi, innovasiya layihələrinin ləng tətbiqi və s.

Beləliklə, bank xidmətləri bazarının təhlili bankın rəqabət üstünlüklərini təyin etməyə imkan verir. Bir qayda olaraq, bankın nüfuzu və göstərilən xidmətlərin keyfiyyəti ən vacib üstünlüklər hesab olunur. Bu göstərilən xarakteristikaların duyulmaz xarakterli olması ilə əlaqədar olaraq onların qiymətləndirilməsi meyarlarını təyin etmək problemi yaranır.

Rəqabət üstünlüklərinə nail olunmasının əsas istiqamətləri – həyata keçirilən fəaliyyətin diferensiasiyası, göstərilən bank xidmətlərinin spektrinin genişləndirilməsi və xərclərin miqdarının azaldılmasıdır.

Bankın özünün və rəqiblərinin fəaliyyətlərinin güclü və zəif cəhətlərini bilmək ona bazarda öz mövqeyini müəyyənləşdirməyə imkan verir.


Yüklə 331,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin