Mövzu 12. Qızıl Orda dövləti. Ağ orda, Krım və Kazan xanlıqları



Yüklə 28,61 Kb.
səhifə2/6
tarix31.03.2022
ölçüsü28,61 Kb.
#54493
1   2   3   4   5   6
Mövzu 12 Qizil Orda Ag Orda Krim ve Kazan xanliqlari

Ağ Orda xanlığı

Ağ Orda, başqa bir adı ilə Göy Orda xanlığı İrtış çayı, cənubda Xarəzm və Sırdərya çayına qədər uzanan ərazilərə hakim olmuş monqol dövləti idi. Qıpçaq Çölündəki türkdilli tayfaları öz hakimiyyəti altına alan və İçen Orda adı ilə tanınan sülalə Çingiz xanın oğlu Cucinin törəmələrindən idi. Çingiz xan oğlu Cuci xana Qıpçaq Çölü və Xarəzm bölgəsinin idarəsini vermişdi. Beləcə daha sonralar ortaya çıxacaq Cuci ulusunun təməli atılmışdı. Cuci xan 1227-ci ildə atası Çingizdən 6 ay əvvəl ov edərkən atdan yıxılıb ölmüşdü. Cucinin 40 yaxın övladı var idi. Cucinin oğulları Orda və Batı öz aralarında atalarının mirası uğrunda çəkişməyə başlamışdılar. Çingiz xan Cucinin hakimiyyəti altındakı torpaqları iki yerə bölərək birini Ağ Orda adı ilə Batı xana, digərini isə Göy Orda adı ilə Orda xana vermişdi. O, Batıya Sayın xan, Ordaya isə İçən xan ləqəblərini vermişdi. Bu bölgüyə görə Qıpçaq Çölünün şərqi Orda İçən xana, İdil-Volqa çayı hövzəsi və Qıpçaq Çölünün qərbi isə Batı xana yurd olaraq verilmişdi. Yaşca böyük olmasına baxmayaraq Orda xan qardaşı Batı xanın üstünlüyünü tanımış, gördüyü bütün mühüm işləri onunla məsləhətləşərək etmişdi. Orda İçən xandan sonra yerinə oğlu Konqiren xan keçmişdi. Lakin Konqirenin övladı olmadığı üçün onun ölümündən sonra hakimiyyət digər Çingiz övladları arasında dəyişərək davam etmişdi. Cuci ulusundan Ağ Orda xanı Berke xan (1257-1266) İslamı qəbul edən ilk xan olmuşdu. Altın Orda xanı Özbək xandan (1312-1342) etibarən isə bütün Ağ Orda sülaləsi İslam dininə keçmişdi. Bundan sonra İslam dini bütün monqol və tatar qəbilələri arasında sürətlə yayılmağa başlamışdı. Bu işdə Misirdən gəlmiş dəvətçi alimlərin böyük rolu olmuşdu. Əmir Teymurun Qıpçaq Çölünə etdiyi hərbi səfərlər Ağ Orda dövlətini zəiflətmişdi. XV əsrdə isə Ağ Orda xanlığının ərazisində yeni dövlətlər meydana çıxmağa başlamışdı.



Kazan xanlığı

Qızıl Orda xanı Canıbəkin 1357-ci ildə ölümündən sonra sayıları xeyli çox olan Çingiz xan sülaləsi mənsubları arasında taxt uğrunda qanlı mübarizə başlamışdı. Bir yandan taxt-tac müharibələri, digər tərəfdən Əmir Teymurun 1391 və 1395-ci illərdə qıpçaq ellərinə təşkil etdiyi dağıdıcı hücumlar Qızıl Orda dövlətinin dağılma prosesini sürətləndirmiş, bu dövlətin torpaqlarında ayrı-ayrı müstəqil xanlıqlar meydana çıxmağa başlamışdı. Bunlardan biri də Uluq Məhəmməd xanın 1437-ci ildə əsasını qoyduğu Kazan xanlığı idi. O, 1424-1436-cı illərdə Qızıl-Ordanın paytaxtı Saray-Bərkə şəhərində hökmranlıq edərkən Kiçik Məhəmməd xan tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış və Krıma gedərək bir müddət orada yaşamışdı. Daha sonra orta İdil (Volqa çayı) hövzəsinə gələrək burada hakimiyyətini təsis etmiş və yeni dövlət qurmuşdu. Uluq Məhəmmədin oğlu Mahmud xan Kazan şəhərini ələ keçirərək özünə paytaxt etmişdi. Uluq Məhəmməd xan 1439 və 1445-ci illərdə Moskva knyazlığı üzərində uğurlu yürüşlər etmişdi. O, 1445-ci ildə rusları ağır məğlubiyyətə uğradaraq knyaz III Vasilini (1425-1462) əsir almışdı. Beləcə ruslar əvvəllər Qızıl Ordaya tabe olduqları kimi illik xərac verməyi qəbul edərək Kazan xanlığının vassalına çevirldilər. Mahmud xanın hakimiyyəti illərində (1445-1461) Kazan şəhəri əvvəllər Saray-Bərkənin sahib olduğu ehtişamı qazanmış, regionun ən böyük siyasi, mədəni və iqtisadi mərkəzinə çevrilmişdi. Mahmud xanı səyləri nəticəsində Azov dənizi hövzəsi, Volqa çayı hövzəsi, Türkstan və Şimali Qafqazdan xeyli sayıda müsəlman əhali köçərək Kazan xanlığı ərazisində məskunlaşmışdı. Kazan şəhəri ticarət mərkəzi olaraq Rus, Qafqaz, Türkstan və Qafqaz tacirləri üçün cazibə mərkəzinə çevrilmişdi. Qısa müddət ərzində Kazan xanlığı Qızıl Ordunun bir zamanlar sahib olduğu ehtişama qovuşmuşdu. 1478-ci ildə Novqorod və ona tabe knyazlıqların Moskva knyazlığına birləşdirilməsi ilə Kazan xanlığı qərbdə olduğu kimi şimalda da ruslarla həmsərhəd olmuşdu. Şərqdə isə xanlığın torpaqları Sibir xanlığının ərazisinə qədər uzanırdı. Xanlıq cənub-şərq və cənubda Noqay Ordası, Həştərxan xanlığı və Don çayı hövzəsi ilə həmsərhəd idi.




Yüklə 28,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin