Mövzu: 13. NƏQLİyyat logiSTİkasi plan: logiSTİkanin nəQLİyyata təSİRİ NƏQLİyyat nöVLƏRİNİn təSNİfati



Yüklə 427,5 Kb.
səhifə21/31
tarix01.01.2022
ölçüsü427,5 Kb.
#50576
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
M-vzu-13

Yük terminalları üçün isə:

  • faydalı anbar sahəsi;

  • dövriyyələrin sayı;

  • yükləmə – boşaltma və anbar avadanlıqlarının məhsuldarlığı aid edilir.

Yükdaşımalar zamanı logistik sistemdə xüsusi yeri nəqliyyat kompleksində çevikliyinə və manevrliyinə görə avtomobil nəqliyyatı tutur. Avtomobil nəqliyyatından istifadə etmədən məhsul istehsalçılarının təchizat və satış sistemində müasir logistik texnologiyaları (məsələn, «qapıdan qapıya») reallaşdırmaq qeyri - mümkündür.
4. LOGİSTİK SİSTEMLƏRDƏ NƏQLİYYAT

TARİFLƏRİ
Yük tariflərinin iqtisadi mahiyyəti formalaşması.

Özünün iqtisadi təbiətinə görə yük tarifləri yüklərin nəql edilməsi üzrə göstərilən xidmətlərin qiymətidir. Yük tarifləri logistik sistemin ilkin mərhələsi (istehsal sferası) ilə son mərhələsinin (istehlakın) iqtisadi maraqlarını düzgün uzlaşdırmaqla logistik kanallarda məhsul­ların əlverişli yerləşməsinə imkan verir.

Bir iqtisadi kateqoriya kimi qiymət, əmtəənin və xidmətin tələbə uyğunluq dərəcəsini pulla ifadə edən kəmiyyət göstəricisidir. Daha doğrusu, qiymət mübadilə zamanı əmtəə vahidinə, xidmətə görə ödənilən pulun kəmiyyətidir və praktiki olaraq mürəkkəb iqtisadi münasibətləri xarakterizə edir. Qiymətin formalaşması, əmələ gəlməsi induktiv, analitik amillərin təsir dairəsi ilə təşəkkül tapır. Qiymətin əmələ gəlməsini təmin edən amilləri mahiyyətlərinə görə iki qrupa bölmək olar:

iqtisadi maddişey amillərinə. Bura əmtəələrin istehsal xərcləri (məsrəfləri), tədavül xərcləri, onların çoxluğu və ya qıtlığı nadirliyi (az olması) daxildir;

ümumi iqtisadi amillərə. Buraya tələb – təklif mexanizmi, alıcıların və satıcıların az və ya çoxluğu, rəqabət, mənfəətin səviyyəsi, keçid dövrünün yaratdığı spesifik xüsusiyyətlər, iqtisadiyyatın çoxukladlı vəziyyəti, inflyasiya dərəcəsi və s. aid edilir.

İ qtisadi ədəbiyyatlardan məlumdur ki, qiymət siyasətinin əsas məqsədi uzun və qısamüddətli plan daxilində mənfəətin maksimumluğunu təmin etmək və iqtisadi artım üçün şərait yaratmaqdan ibarətdir. Bununla əlaqədar olaraq qiymət bir sıra funksiyaları: informasiya (bazarın konyukturası haqqında məlumatları özündə cəmləşdirir. İstehsal və satışa çəkilən xərcləri xarakterizə etməklə qiymətin daxili qabiliyyətini əks etdirir); bölüşdürücü (gəlirlərin bir hissəsinin iqtisadiyyatın sahələri, mülkiyyət formaları, əhalinin sosial qrupları, yığım və istehlak fondları arasında bölüşdürülməsi və yenidən bölüşdürülməsi həyata keçirilir), həvəsləndirici (məhsulların satışından əldə olunan gəlirlərin variasiya edilməsi hesabına müxtəlif növ məhsulların (xidmətlərin) istehsalı və istehlakının stimullaşdırılması); tələb təklifin balanslaşdırılması (qiymət) tələb və təklifin balanslaşdırılması vasitəsidir. Əgər tələb təklifdən yüksəkdirsə onda bazarda məhsul qıtlığı yaranır, qiymət artımı müşahidə edilir. Əks halda isə bazarda məhsul bolluğu yaranır və qiymətlər aşağı düşür); uçot (qiymətin iqtisadi mahiyyətini əks etdirməklə ictimai əmək məhsullarının uçotunu və ölçülməsini həyata keçirir və hər hansı məhsul növü üzrə tələbatın ödənilməsinin cəmiyyət üzvləri üçün necə və neçəyə başa gəlməsini müəyyənləşdirir); istehsalın səmərəli yerləşdirilməsi (kapitalın iqtisadiyyatın bir sahəsindən digərinə, eləcə də sahə daxilində bir rentabelli sektordan, daha çox gəlirlik norması təmin edə bilən bölməyə yönəldilməsini nəzərdə tutur).

Yük tariflərinin yerinə yetirdiyi funksiyalar qiymətin yuxarıda sadalanan funksiyalarından heç də fərqlənmir.

Yük tarifləri milli iqtisadiyyatımız üçün mühüm hesab olunan: ölkəmizdə məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi; sənayenin ilkin xammal, material mənbələrinə yaxın yerləşdirilməsi və yeni rayonların inkişafı; müxtəlif nəqliyyat vasitələri arasında logistik yük vahidlərinin rasional bölüşdürülməsi; bütün növ nəqliyyat vasitələri parkından maksimum istifadə olunması, izafi və təkrar daşımaların aradan qaldırılması; nəqliyyatda təsərrüfat hesabının möhkəmləndirilməsi; ölkədaxili iqtisadi regionlar, habelə dövlətlərarası iqtisadi əlaqələrin inkişafı kimi mühüm vəzifələrin yerinə yetirilməsinə xidmət edir.




Yüklə 427,5 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin