Disputun səmərəsi onun təşkilindən, aparılması və tekunlaşdırılmasından çox asılıdır;
Disputda şagirdlərin fəal iştirakı onlarda nitq mədəniyyətinin inkişafına səbəb olur, şagird fikrini söyləməyə çalışır;
Disputun mövzusunun əvvəlcədən elan olunması və onlara çoxlu sayda ədəbiyyatların tapşırılması şagirdlərin mütaliəyə həvəsini artırır. Disput şagirdlərin bədii ədəbiyyata mənəvi ehtiyaclarını stimullaşdıran vacib vasitələrdəndir.
Beləliklə, disputlar gənclərin dünyagörüşünün formalaşmasına kömək etməklə yanaşı, həm də onlarda prinsiallıq tərbiyə edir, sərbəst mühakimə yürütmək qabiliyyətini, problemə müdaxilə edərək mübahisə etmək və öz baxışlarını müdafiə etmək mədəniyyətini formalaşdırır. Disputda iştirak edən şagirddən başqasını dinləmək bacarığı, başqasının fikrinə hörmət və etik davranış normalarına riayət etmə qabiliyyətləri tələb edir ki, bu özü də onların mənəvi keyfiyyətlərinin formalaşması və inkişaf deməkdir. Disput sinifdənxaric işin lazımlə və maraqlı forması, mədəni-kütləvi işin mürəkkəb növlərindən biridir. O böyük səciyyə daşıyır, şagirdlərin elmi biliklərini inkişaf etdirir, mədəni səviyyəsini yüksəldir, ideya-siyasi tərbiyəsinə müsbət təsir göstərir.