Məzmunun elmi cəhətdən şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
Müəllim və şagirdlərin hazırlığı, təşkilatçılıq və mütəşəkkillik.
Disputun keyfiyyətini şagirdlərin reaksiyası ilə müəyyənləşdirmək olar. Onların həyəcanlı əhval-ruhiyyələri, keçirilən tədbirə olan müsbət münasibətləri disputun müvəffəqiyyətindən; laqeydsizlikləri isə uğursuzluğundan xəbər verir. Ümumiyyətlə, disputların məzmunu və forması etibari ilə bədii şəkildə qurulur. Mübahisələrdə və çıxışlarda səlis, düşündürücü intonasiya, fikrin bu və ya digər şəkildə formula edilməsi dinləyicilərə yaxşı təsir bağışlayır və uzun müddət yaddan çıxmır.
Disputun keçirilməsi və onun nəticəsi bir çox şərtlərdən aslıdır. Bu şərtlər aşağıdakılardan ibarətdir: