Məktəblilərin sinifdənxaric tədbirlərə cəlb olunması iki istiqamətdə aparılır: 1) Şagirdlərin təlim xarakterli sinifdənxaric işlərə cəlb edilməsi;
2) Tərbiyələndirici səciyyə daşıyan sinifdənxarici fəaliyyətə təhrik olunması.
Müasir şəraitdə sinifdənxaric tədbirlərin təkmilləşdirilməsi istiqamətlərinin məzmununu, yəni forma və üsullarla müəyyənləşdirmək üçün xüsusən, əməyə hazırlıq, əqli, əxlaqi, fiziki, estetik, iqtisadi və ekoloji tərbiyə, habelə insan hüquqlarına hörmət əsasında hər bir məktəbli ilə bir neçə yönümdə iş aparılmalıdır.
İlkin olaraq, şagirdlərin tərbiyələndiricilik vəsilələrininin bilavasitə dərsdə və dərsdənkənar vaxtda onların əməli fəaliyyətini vahid sistemdə birləşdirməyin daha təsirli yollarını aşkara çıxarmalı, hər bir müəllimin (tərbiyəçinin), məktəb rəhbərlərinin diqqət mərkəzində olmalıdır.
Məktəblilərin həmin amillər zəminində təlim və sinifdənxaric fəaliyyətinin, ictimai-faydalı vəməhsuldar əməyinin onların milli-mənəvi dünyagörüşünün formalaşdırılmasına tabe etdirməyin forma və üsulları işlənib hazırlanmalıdır. Bunlar fənn müəllimlərinin, ibtidai siniflər üzrə qrup tərbiyəçilərinin və sinif rəhbərlərinin gündəlik əməli fəaliyyətinə çevrilməlidir.
Yeniyetmə şagirdlərin tərbiyə amilinin və sinifdənxaric tədbirlərin qarşılıqlı təsirlərinin ən real variantları seçilməli, yerli şəraitə uyğun tətbiq olunmalıdır.
Məktəblilərin təlimini, tərbiyəsini və inkişafını vahid prosesdə həyata keçirmək işində dərsin, tərbiyə işlərinin, sinifdənxaric tədbirlərin üzvi surətdə əlaqələndirilməsi, bir-birini tamamlaması tələbinə işdə ciddi əməl edilməlidir.
Bütün bu deylənlər sinifdənxaric işlərin tərbiyə və mahiyyətində, təkmilləşdirilməsi istiqamətdə, müasir tərbiyə nəzəriyyəsində, məktəb təcrübəsində çox vacib məsələlərdəndir.
Məktəblilərlə aparılan sinifdənxaric iş formalarından aşağıda qeyd edəcəyimiz amilin öz təsirliliyi daha da səmərəli meydana çıxır:
- Bədii mətnlərin oxunması, kitab müzakirələrinin keçirilməsi, əxlaqi söhbətlərin təşkili yolu ilə;
- Rollu oyunların ( “Kosa-kosa”, “Gəldim, qaç”, “Qodu-qodu” və s. ) təşkili yolu ilə;
- Oyun-səyahətlərin təşkili ( məktəb turizmi, idman kompleksi, ətraf mühiti müşahidə əsasında ) yolu ilə;
- Bayram tədbirlərinin keçirilməsi ( Novruz, Qurban, Ramazan, 26 iyun, 31 dekabr, 28 May ) yolu ilə;
- Müvafiq soyqırımı və matəm günlərinin qeyd olunması (20 Yanvar – Şəhidlər gününün, 26 fevral Xocalı faciəsi, 31 Mart – Azərbaycanlıların soyqırımı günündən və s.) yolu ilə;
- Sinif və məktəb fəalları dəstəsinin işinin təşkili ( nəzarət, rejim, kitabların təmiri, ictimai-faydalı əmək və s. yolu ilə;
- müsabiqə və yarışların keçirilməsi yolu ilə;
- viktorina və gecələrin təşkili yolu ilə;
- əmək işlərinin yerinə yetirilməsi, əməyin insan həyatında yerinin müəyyənlşdirilməsi yolu ilə;
- kino, televiziya və radio verilişlərindən istifadə yolu ilə;
- ekskursiya və turizm işlərinin təşkili yolu ilə və s.
Bütün bu sadalanan sinifdənxaric tərbiyəvi tədbirlər şagirdlərə başlıca olaraq yurdsevərlik, milli özünüdərk, soykökünə bağlılıq, İslam dəyərləri və Şərq mədəniyyətini əxz etməyi, yüksək milli və bəşəri həqiqətlər aşılayır.
Habelə şagirdlərdə bacardıqları səviyyədə intellektual mənəvi fəzilətə rəğbəti, rəzalətə nifrəti, tərbiyədə aşkarlıq və demokratik meyli stimullaşdırır, həyatda, cəmiyyətdə, qarşılıqlı münasibətlərdə normal davranmağın əhəmiyyətini başa salır, istifadə edilən tərbiyə və təlimin harmonik vəhdətindən istifadə edilməsi həqiqətləri anladır.
Sinifdənxaric iş öz müntəzəmliliyi və məzmunu, forma və çoxnövlülüyü ilə geniş imkanlar açır. Bu baxımdan uşaq şəxsiyyətinin formalamasında tərbiyə işi başlıca yeri tutur. Tərbiyə işinin praktik həyata keçirilməsi həm təlim, həm də problemi ehtiva edən tərbiyəvi məzmunlu sinifdənxaric tədbirlər prosesində baş verir.
Hazırda kifayət qədər sinifdənxaric tərbiyəvi iş üsulları mövcuddur. Son illər məktəb praktikasında belə tədbirlərin nizama salınması üçün tərbiyəvi fəaliyyət növü kimi sinifdənxaric və məktəbdənkənar iş formaları genişləndirilir.
Sinifdənxaric işlərin səmərəli təşkili üçün rəngarəng iş formalarından, üsul və vasitələrdən istifadə olunur ki, bu da yetişməkdə olan cəmiyyətin tərəqqisinə xidmət edir.