Mövzu 15 ZƏHƏRSİZLƏŞDİRMƏNİn nöVLƏRİ Deqazasiya


Dezinfeksiya üçün işlədilən cihazlar



Yüklə 0,96 Mb.
səhifə9/11
tarix26.04.2022
ölçüsü0,96 Mb.
#56433
1   2   3   4   5   6   7   8   9   10   11
referat 6137

Dezinfeksiya üçün işlədilən cihazlar
Kimyəvi üsulla dezinfeksiya zamanı divarların, döşəmənin, digər əşyaların səthinə dezinfeksiya məhlullarını çiləmək, alt və üst paltarları buxara vermək və s. əməliyyatlar üçün müxtəlif cihazlardan istifadə edilir. Hidropult-vedrə, boyaq pultu, avtomaks cihazı, habelə formalin – buxar kamerası ən çox işlədilən sadə cihazlardandır.

Məsələn, hidropult dezinfeksiya məhlullarını çiləmək üçündür. O, içərisində hərəkət edən silindr yerləşdirilmiş xüsusi formalı vedrədən, elastik şlanqdan və çiləyici ucluqdan ibarətdir. Silindrdəki porşenin hərəkəti ilə dezinfeksiya məhlulları şlanq və çiləyici ucluqdan keçib ətrafa çilənir. Divarlar adətən bu cihazla təmizlənir.



Çiləyici ilə dezinfeksiyası tədbirləri


Formalin buxar kamerasında nisbətən az temperaturda (60º-62ºS) dezinfeksiya və dezinseksiya keçirmək mümkündür. Formalin ilə buxar dezinfeksiyasından istifadə edərək bütün əşyalar, o cümlədən, başqa üsullarla dezinfeksiya edilərkən xarab olan xəz və rezin paltarlar da təmizlənə bilər. Kamera, adətən 2 adam tərəfindən idarə edilir. Onlardan biri təmizlənəcək əşyaları seçir, qruplaşdırır və kameraya yığır, digəri isə kameranı qızdırır, təmizlənmiş əşyaları kameradan çıxarır, seçib qruplaşdırır və təhvil verir. Əşyaları kamerada ən azı 40 dəqiqə saxlamaqla təmizləyirlər. Bu zaman yalnız formalin ammonyakla neytrallaşdırılandan sonra əşyalar kameradan kənara çıxarıla bilər. Həmçinin, formalin neytrallaşdırılana qədər kameraya yalnız əleyhqazda girmək lazımdır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin