Mövzu 15 ZƏHƏRSİZLƏŞDİRMƏNİn nöVLƏRİ Deqazasiya



Yüklə 0,96 Mb.
səhifə10/11
tarix26.04.2022
ölçüsü0,96 Mb.
#56433
1   2   3   4   5   6   7   8   9   10   11
referat 6137

Dezaktivasiya
Dezaktivasiya – qurğulardan, binalardan, paltarlardan, sudan, qida məhsullarından və s. radioaktiv maddələrin təmizlənməsidir.

Dezaktivasiya tədbirləri


Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra təcili surətdə dezaktivasiya, yəni, radioaktiv tozu kənar etmək lazımdır. İnsan bədənindən radioaktiv maddələrin kənar edilməsi sanitar təmizlənməsi ilə həyata keçirilir.

Dezaktivasiya nüvə istehsalında, radioaktiv izotoplarla iş zamanı təhlükəsizlik qaydalarına riayət edilmədikdə, radioaktiv tullantılar daşınarkən baş verən qəzalardan sonra ətraf mühitin radioaktiv çirklənməsi zamanı həyata keçirilir. Müharibə dövründə dezaktivasiya tədbirləri düşmənin nüvə silahının tətbiqindən sonra nəticələrin aradan qaldırılması zamanı həyata keçirilir. Radioaktiv maddələrlə işləyən heyətin də planlı şəkildə, daima dezaktivasiyası həyata keçirilməlidir.

Radioaktiv yoluxma ilə mübarizədə radioaktiv maddələrin obyektlərin üzərindən kənar edilməsi yeganə yoldur. Bu onunla izah olunur ki, radioaktiv maddələrdə elementlərin radioaktiv bölünməsi baş verir. Bölünmənin sürətini artırmaq və ya azaltmaq mümkün deyil, radioaktiv maddələri mikroorqanizmlər kimi məhv etmək və ya kimyəvi maddələr kimi neytrallaşdırmaq mümkün deyildir. Dezaktivasiyanın əsas məqsədi – radioaktiv maddələrlə yoluxma səviyyəsinin maksimal dərəcədə azaldılmasıdır.

Bu məqsədə çatmaq üçün fiziki və kimyəvi metodlardan istifadə olunur. Yoluxmuş əşyaların (qurğuların) səthi ilə zəif əlaqədə olan radioaktiv maddələri, məsələn, obyektin üzərinə düşmüş radioaktiv tozu fiziki metod ilə kənar edirlər (tozu su ilə yumaq, parça ilə silmək, çırpmaq və s.). Dezaktivasiyanın fiziki metodları az effektli olduqda, yəni radioaktiv maddələr yoluxmuş əşyalarla (qurğularla) möhkəm əlaqədə olduqda kimyəvi metodlardan (su ilə rahat təmizlənən turşuların, qələvilərin, yuyucu vasitələrin və digər birləşmələrin tətbiqindən) istifadə olunur.

Paltarların ən sadə dezaktivasiya yolu – silkələmə, tozu taxta ilə çırpma, fırça, tozsoran ilə təmizləmə, bu üsulların az effektliliyi zamanı, yuyucu vasitələrlə xüsusi camaşırxanalarda yuyulmadır.

Suyun dezaktivasiyası üçün bioloji süzgəclərdən istifadə olunur.

Yaxşı qablaşdırılmış məhsulların dezaktivasiyası üçün onları yuyurlar, qablaşdırılmamış məhsulların dezaktivasiyası üçün isə onların üst səthlərini soyurlar. Az qiymətli və kiçik miqdarlı məhsulları məhv edirlər.

Dezaktivasiyanın həyata keçirilməsinə nəzarət dozimetrik və radiometrik cihazlarla yerinə yetirilir.

Dezaktivasiyanı həyata keçirən şəxslər mühafizə vasitələrindən istifadə etməli, paltarın radioaktiv yoluxmasına vaxtaşırı dozimetrik nəzarəti yerinə yetirməli və dezaktivasiyanı keçirdikdən sonra tam sanitar təmizlənməlidir.

Dezaktivasiyanın təşkilinin bir neçə növü vardır: qismən, öz gücü ilə əlaltı vasitələrlə həyata keçirilən tam (MM qüvvələrinin xüsusi vasitələri ilə).

Qismən dezaktivasiya zamanı ehtiyatla paltarı çıxarmaq (tənəffüs orqanlarının mühafizə vasitələrini çıxarmamaq), arxası küləyə dayanmaq (növbəti fəaliyyət zamanı radioaktiv tozun düşməsindən yayınmaq üçün) və paltarı çırpmaq, sonra paltarı zivədən, ipdən asmaq, yenidən arxası küləyə dayanmaqla onun üzərindən tozu fırça və ya süpürgə ilə yuxarıdan aşağı istiqamətdə təmizləmək gərəkdir. Paltarı taxta ilə də çırpmaq olar. Bundan sonra ayaqqabını dezaktivasiya etmək: islaq parça ilə silmək, süpürgə və ya fırça ilə təmizləmək lazımdır (rezin ayaqqabını yumaq da olar).

Qismən dezaktivasiya


Əleyhqazı aşağıda göstərilən ardıcıllıqla dezaktivasiya edirlər:

Süzücü-uducu qutunu çantadan çıxarırlar, çanta çırpılır, sabunlu suda, yuyucu vasitədə və ya kimyəvi maddələrə qarşı nəzərdə tutulmuş paketdəki mayelərdə isladılmış pambıq ilə süzücü-uducu qutu, birləşdirici dəstək və üzlük hissənin (maskanın) üst tərəfi silinir.

Toza qarşı parça maskalar dezaktivasiya zamanı yaxşıca çırpılır, fırçalar ilə təmizlənir, suda yuyulur. Yoluxmuş pambıq tənzif parçalar məhv edilir (yandırılır).


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin