Fiziki dezinfeksiya üsulu və vasitələri daha sadə və asandır. Bu məqsədlə günəş şüalarından, ultrabənövşəyi şüalardan, qızdırılmış ütüdən, zibilin yandırılması üsulundan, quru qızmar havadan və su buxarlarından, habelə qaynatma üsulundan istifadə olunur.
Kimyəvi üsulda isə kimyəvi maddələrdən istifadə olunur. Bir sıra kimyəvi maddələr mikrobun hüceyrələrinə məhvedici təsir göstərir.
Kimyəvi üsulla dezinfeksiya
Bunlardan aşağıdakı sadalanan maddələr dezinfeksiya üçün daha geniş istifadə olunur.
Xlorlu əhəng suyu, əlləri, qab-qacağı, otağı, xəstənin ifrazatını, ayaqyolunu və s. zərərsizləşdirmək üçün 0.2-0.5 faiz, 2-3 faiz, 5-10 faiz su məhlulu halında və quru halda işlədilir.
Xlorlu əhəngin 10 faizli durulaşdırılmamış məhlulunu hazırlamaq üçün 1 kq xlorlu əhəng və 10 litr (1 vedrə) su götürülür. Bu miqdardakı xlorlu əhəngə əvvəlcə azacıq su qatıb bütün kəsəklərini əzib xırdalayır və qalan suyu tədricən əlavə edərək əhəngə qarışdırırlar. Belə məhlul hazırlandıqdan dərhal sonra işlədilir.
Xloramin 0.2-0.5 faizli məhlulu – damcılı yoluxma zamanı binaları dezinfeksiya etmək, 5 faizli məhlulu – xəstənin bəlğəmini zərərsizləşdirmək, 0.2-3 faizli məhlulu - bağırsaq yoluxmaları zamanı alt paltarları yumazdan əvvəl islatmaq üçün işlədilir.
Dostları ilə paylaş: |