2. Ekoloji tərbiyənin vəzifələri
3. Ekoloji tərbiyənin prinsipləri
4. Təlim prosesində ekoloji tərbiyənin imkanları
ƏDƏBİYYAT:
1. “Azərbaycan Respublikasının Təhsil Qanunu” Bakı: 2009
2. H.X.Abdullayev., N.M.Məsimov “ Uşaqların ekoloji tərbiyəsi” Bakı: 1993
3. R.N.Mürsəqulova.,Ş.T.Əliyeva “ Bağça yaşlı uşaqların təbiətlə tanış edilməsinin metodikası” Bakı: 1993
4. A.Həsənov “ Məktəbəqədər pedaqogika” Bakı: 2000
5. İ.M.Məsimov “ Ekoloji tərbiyənin aktual məsələləri” “Bilik cəmiyyəti”: 1991
1. “Ekologiya” yunan sözü olub, ( “oykos”- ev, “logiya” isə elm ) mənası yurd (məkan) haqda təlim deməkdir. Elmi mənada ekologiya dedikdə canlı təbiət və onun ayrı- ayrı tərkib hissələri və xarici aləmin qarşılıqlı münasibətləri, yaxud bu münasibətləri öyrənən elm nəzərdə tutulur. Ekologiya yunan sözü olsa da, onu elmi termin kimi ilk dəfə alman bioloqu Ernest Cekkel işləmişdir. (1866). Ekoloji sistemin yaranması yer üzərində canlı aləmin əmələ gəlməsi və onun inkişafı ilə sıx bağlıdır. Ekologiyanın elmi əsasını ingilis alimi U.Darvin qoymuşdur. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir. Tarix boyu aparılan müşahidələr göstərmişdir ki, təbiət nə qədər zəngin olarsa maddi nemətlər bir o qədər bol olar, nə qədər gözəl olarsa o qədər də insan zövqünü oxşayar. Lakin insanlar bəzən istər-istəməz təbiətə qəsd edir və bəlanı da özləri çəkirlər. Məhz buna görə bu gün bir sıra sahələrdə insanın təbiətə qayğısız münasibəti gərgin vəziyyət yaratmışdır. Ətraf mühitə fasiləsiz olaraq müxtəlif tullantılar daxil olur, atmosferi, suyu, torpağı çirkləndirir, havanı zəhərləyir. Saysız-hesabsız maşın və mexanizmlər səs-küyü çoxaldır, müxtəlif yanacaqlardan intensiv surətdə istifadə nəticəsində suyun, havanın temperaturu yüksəlir. Bu faktlar göstərir ki, adamların ətraf mühitə laqeyd münasibəti müasir dövrün ən qlobal problemlərindən birinə çevrilib. Bu gün ekologiyanın qorunması məsələlərinin dövlət tərəfindən başlıca problem kimi cəmiyyət qarşısında qoyulması gənc nəslin tərbiyəsində öz müsbət təsirini göstərir. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev Cənablarının 2010-cu ili «Ekologiya ili» adlandırması ilə bağlı verdiyi tarixi sərəncam bu sahədə dövlət qayğısının ən parlaq nümunəsidir. Hazırda nəinki Bakıda, həmçinin Azərbaycanın bütün regionlarında yaşıllaşdırma işləri həyata keçirilir, çoxlu ağaclar əkilir, bağlar, parklar, meşələr salınır, hər yerdə abadlaşdırma işləri aparılır.
Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini-təbiəti, ekoloji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır.
Müasir mərhələdə yetişməkdə olan gənc nəslin ekoloji tərbiyəsi bəşəriyyətin qarşısında duran qlobal problemdir. Ekologiya ilə bağlı əksər sənədlərdə ətraf mühitin qorunmasının əhəmiyyəti və ekoloji tərbiyə məsələlərini məktəbəqədər dövrdən başlayaraqhəyata keçirilməsinin vacibliyi öz əksini tapmışdır. Uşaqlarda təbiəti qorumaq, onun sərvətlərindən səmərəli istifadə etmək işində məsuliyyət hissi aşılanmasa, onlar bunu aydın dərk etməsələr ətraf mühitin qorunmasında fəal rol oynaya bilməzlər.
Respublikamızda sənaye və kənd təsərrüfatının inkişafı ilə əlaqədar lazımi ekoloji qaydalara əməl edilmədiyindən sənaye tullantıları havanı, torpağı, çayları, gölləri və Xəzər dənizini çirkləndirir, canlı aləmə ciddi ziyan vurur, insanların həyat şəraitini pisləşdirir. Odur ki, təbiətdən səmərəli istifadə və onun müdafiəsi zamanı təbii prosesləri idarə edən qanunların nəzərə alınması vacibdir.
Ekologiya dedikdə canlı təbiət və onun ayrı-ayrı tərkib hissələri ilə xarici aləmin qarşılıqlı münasibətləri, yaxud bu münasibətləri öyrənən elm nəzərdə tutulur. Tarix boyu müşahidələr göstərmişdir ki, təbiət nə qədər zəngin olarsa, maddi nemətlər də bir o qədər bol olar, nə qədər gözəl olarsa, o qədər də insan zövqünü oxşayar. Lakin insanlar bəzən istər-istəməz təbiətə qəsd edir və bəlasını da özləri çəkirlər. Məhz buna görə də bu gün bir sıra şəhərlərdə insanın təbiətə qayğısız münasibəti gərgin vəziyyət yaratmışdır.
Bu gün ekologiyanın qorunması məsələlərinin dövlət tərəfindən başlıca problem kimi cəmiyyət qarşısında qoyulması gənc nəslin tərbiyəsində öz müsbət təsirini göstərir. Təbiətə, onun sərvətlərinə məhəbbət və qayğı uşaqlarda bilavasitə kiçik yaşlarından təşəkkül tapmağa başlayır. Buna görə də məktəblərdə və uşaq bağçalarında ətraf mühitə, təbii sərvətlərə, təbiətin gözəlliyinə məhəbbət ruhunda tərbiyə işi aparmaq, bitki və heyvanat aləminin əhəmiyyətini uşaqlara izah etmək, təbiətə qayğı hissini bacarıqla aşılamaq diqqət mərkəzində olmalıdır. Uşaqlar məktəbəqədər dövrdən başa düşməlidir ki, təbiətin mühafizəsi onun sərvətlərinin qorunması və artırılması qayğısına qalmaq deməkdir. Onlar bilməlidirlər ki, torpaq, hava, su, meşə, bitki və heyvanlar aləmi, habelə bütün faydalı qazıntılar təbiətin sərvətidir.