Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə11/17
tarix03.06.2022
ölçüsü58,64 Kb.
#60508
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Mövzu -21 1

Axı ədatı.

Axı ədatı sual məzmununu gücləndirməklə bir neçə mənada işlənərək üslubi çalarlıq yaradır.





  1. Sual məqamında:



Axı bizim nə günahımız var? (M.H.)



  1. Etiraz, narazılıq məqamında:



Bir də axı sən dediyin sözlər bizim işimiz deyil (M.Cəlal).



  1. Təəssüf məqamında:



Ay camaat, dəftərxanada qalan var axı! (M.Cəlal).



  1. Məzəmmət, nəsihət, məsləhət məqamında:



Axı sən dünyagörüşlü adamsan (S.R.).



  1. Xəbərdarlıq məqamında:



Axı necə olursa-olsun düşmən yenə düşməndir (Y.S.).
Axı mən tək gəlməmişəm.



  1. Xahiş-yalvarma məqamında:



Axı mən iş adamıyam (S.R.).

Danışanın (yazanın) ifadə olunan fikrə və obyektiv varlığa münasibətini bildirən modal sözlər də nitqə müxtəlif məna çalarları (inamsızlıq, razılıq, nara-zılıq, təəssüf, şübhə, təəccüb, tərəddüd, kinayə və s.) verir, onun emosionallığını, ekspressivliyini artırır, fikrin ifadəsində yığcamlığı təmin edir.




Deyilənlərə görə, o türbədə müqəddəs bir adam basdırılmışdı (İ.Ş.); Deyəsən, uzaqdan qaraltılar görünür (M.S.O.); Doğrusu, bu sözləri deyəndə rəhmətlik atamı xatırlayıram (M.H.); Zənnimcə, siz təqsirkarsınız (İ.Ş.); Nəhayət,nisbətən yüngülləşdi, həyəcanı, narahatlığı azaldı (V.B.).


Sintaksisin üslubi ilə bağlı məsələlər

Dilin üsluibiyyatla bağlı olan bölmələrindən biri də sintaksisdir. Elə bir sintaktik vahid, quruluş yoxdur ki, nitqin üslubca zənginləşməsində bu və ya digər dərəcədə iştirak etməsin. Bu baxımdan sadə cümlənin məqsəd və intonasiyaya görə növlərinin imkanları genişdir. Onlardan sual cümləsi nitqdə daha çox məna çalarları kəsb edir. Məlumdur ki, sual cümlələrindən naməlum bir şey, hadisə haqda nəyi isə öyrənmək və ya fikrin doğruluğunu müəyyənləşdirmək məqsədilə istifadə olunur:




Yavrum, quzum, adın nədir?


Gülbahar.


Söylə sənin atan, anan varmı?


Var. (H.C.)

Sual cümlələri məqsəddən asılı olaraq digər bir sıra mənalarda da işlənir ki, bunlar nitqə rəngarənglik gətirir, onun emosionallığını, ekspressivliyini, ahəngdarlığını artırır, nitqi zənginləşdirir. Bu cümlələr intizar, təəccüb, narazılıq, nigarançılıq və s. mənaları da ifadə edir. Məsələn; Yoxsa onların başında bir iş var? (F.K.) (intizar, nigarançılıq); Necə? Mən inqilabi sayıqlığımı itirmişəm? Kimsəyə gərək olmamaq?! Sən heç bilirsən bu nə deməkdir? (B.V.) (təəccüb, etiraz); Zəhləsini niyə tökdün, nə istəyirdin ondan? (V.B.) (etiraz); Nə istəyirsən məndən? Mən acından günorta dururam, qızıl var məndə, ay naxələf oğlu naxələf?! (E) (narazılıq); Al, gör bu necədir? (C.B.) (təhrik); Niyə məni aldadırsan? (C.Ə.) (məzəmmət).


Sual cümlələri ədatlarla işləndikdə burada müxtəlif məna çalarlığı ifadə


olunur:



Mənim qəlbim deyir ki, Hələ bunlar nədir ki (M.M.). Axı sənə yazığım gəlir? (İ.Ş.);



  1. Bəs atan yoxdur?




  1. Həm var, həm də yoxdur, müəllim (Ə.H.)

Modal sözlər də suala qətilik, şübhə, ehtimal, güman və s. kimi emosional çalarlıq verir.




Deyəsən, sənin arzuladığın vaxt gəlib çatmışdı (P.M.); Yaxşı, bəs sənə nə düşüb bu cür canfəşanlıq edirsən? (A.); Doğrudan da, işin var sənin? (E.).



Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin