Mövzu: 21 Nitqin üslubları


Morfologiyanın üslubla bağlı məsələləri



Yüklə 58,64 Kb.
səhifə8/17
tarix03.06.2022
ölçüsü58,64 Kb.
#60508
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Mövzu -21 1

Morfologiyanın üslubla bağlı məsələləri
Nitq hissələri dilimizin üslubi cəhətdən zənginləşməsində geniş imkanlara malikdir. Onlar cümlədə həm öz morfoloji funksiyasını yerinə yetirir, həm də nitqin aydınlığını, yığcamlığını, səlisliyini, təsirliliyini təmin edir. Bu baxımdan ismin imkanları daha genişdir. Bu nitq hissəsinin yaratdığı üslubi çalarlıq onun leksik məna növləri, mənsubiyyət, hal, kəmiyyət, xəbərlik kateqoriyaları üzrə dəyişməsində özünü göstərir. Məsələn, ismin xəbərlik kateqoriyasına məxsus şəkilçinin ixtisarı nitqin həm yazılı, həm də şifahi formasında ahəngdarlıq yaradır, ağırlığı aradan qaldırır, onu qulağayatımlı edir. Məs.;
Ata gözdür, oğul göz işığı.


(S.R.)


Biz nəyik?


İldırım!


Torpaq!


Su!


Külək!


Əsər yer üzünün nəsimi kimi.


(X.R.)
İsmin çıxışlıq halı öz morfoloji əlıaməti ilə yanaşı, nəticə məzmununu da ifalı edir: Səhərdən-axşama kimi bu taxtabəndlərin qabağında sağa-sola gəzişən,gücü çatan işdən can-başla yapışan bu kimsəsiz qadının dərddən, kədərdən saçları ağappaq ağarmışdı (Ə.V.).

Eyni məzmun müxtəlif hallarla ifadə oluna bilir: Söhbət atamdan gedirdi.




Söhbət atam barəsində idi. Söhbət atama aid idi.

Nitqdə yığcamlığı yaratmaq məqsədilə sahib əşyanı bildirən söz (yiyəlik halında işlənən söz) ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir:


Bu dil ağızımda anamın südü kimidir (G.Kamal).


Eli tutub səsin yenə,



  1. bəxtəvər ana bülbül! Bağçalıqdan kəsilməyir



Xoş cəh-cəhin, sona bülbül.


(R.R.)

Sifətin üslubi imkanları digər nitq hissələri ilə müqayisədə genişdir. Bu nitq hissəsinə məxsus sözlər müxtəlif üslubi məqamlarla işlənərək nitqdə dəqiqlik, düzgünlük, ahəngdarlıq yaradır, həm də onu yığcam, obrazlı, təsirli edir. Bu işdə sinonim sifətlərin rolu daha böyükdür. Sinonim cərgəni təşkil edən sifətlərin hər birinin nitqdə işlənmə məqamı vardır ki, həmin məqamda hər hansı bir sifət cərgədəki digər sifətlərə nisbətən fikrin məzmununun daha aydın, daha dəqiq ifadə olunması, təsirinin artması baxımından yararlı sayılır. Məs.: zərif-xəfif, incə-lətif; gözəl-göyçək-yaraşıqlı; bəd-pis-uğursuz s.


Sifətlər məcazi mənada işləndikdə üslubi effekt yaradır. Məs.: Ah, zalım dünya – deyib ah çəkdi (İ.Ə.); Məşədi yığıncaqdan çıxarkən köhnə dostu ilə görüşmək, onun əlini sıxmaq, ona təşəkkürünü bildirmək istəyirdi (M.N.).


Sifətin dərəcələri nitqdə üslubi çalarlıq yaratmaq baxımından zəngin imkanlara malikdir. Məs.: çoxaltma dərəcəsi qrammatik əlamətlərindən əlavə başqa vasitələrlə - məsələn, aydan arı, sudan duru, lalədən də qırmızı; süddən ağ, ağdan ağır (kişi), qan kimi qıpqırmızı və s. sözlərlə, ifadələrlə işləndikdə daha təsirli üslubi effekt yaranır.




Yaz yağışı tək dumduru, ana südü tək bakirə, tərtəmiz idi (M.S.O.).


Əvəzliklərin məqsədəuyğun işlədilməsi də nitqdə üslubi çalarlıq yaradır. Nitqdə, adətən, üçüncü növ təyini söz birləşməsindəki yiyəlik halda şəxs əvəzliyi ilə ifadə olunub sahiblik anlayışı bildirən birinci tərəf işlənmir:
Sənsən ucalığım, sənsən qürurum,


Mənim ayrılığım, görüşüm də sən.


Gecədən süzülən ağappaq nurum,


Gündüzdən boylanan günəşim də sən.


(N.X.)

Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin