Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə10/17
tarix03.06.2022
ölçüsü58,64 Kb.
#60508
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Mövzu -21 1

Qədər qoşması:

Zaman hüdudu mənasını yaradır,


Gecə yarsına qədər külək daha da gücləndi (G.H.)


Tahir onu axıra qədər danışmağa qoymadı (M.H.)





  1. Məkan hüdudu mənasını ifadə edir.



Qızın əynində tünd-qırmızı maldan qolları dirsəyə qədər don var idi (İ.Ə.); Qafar dayı onları darvazaya qədər yola salıb geri qayıtdı (M.H.).



  1. Müqayisə mənasını yaradır.



Mən hələ indiyə kimi o qədər güclü, məlahətli bir səs eşitməmişəm (İ.Ə.). Kimi qoşması



  1. Məsafə məhdudluğunu göstərir:



Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb qayıtdı (S.S.A.).



  1. Zaman məhdudiyyəti mənasını ifadə edir:



Gülənbər həmin günün gecəsi səhərə kimi anasının yanında qaldı (Ə.M.).



  1. Müqayisə mənasını daşıyır:



Sazın sədaları dərələrdən sel kimi, təpələrdən yel kimi keçib ellərə yayıldı (F.E.); Taxıl zəmiləri dəniz kimi dalğalanırdı (M.Ə.).

Digər qoşmalar da mətndə məqsəddən asılı olaraq, bir çox məqamlarda işlənib məna çalarları yarada bilir.


Sözlərin və cümlələrin mənasını qüvvətləndirən bir nitq hissəsi kimi ədatların da nitqin (xüsusən şifahi nitqin) aydınlığı, emosionallığı, mənanın nəzərə çarpdırılması və s. baxımından rolu böyükdür. “Ədatlar nitqdə ayrı-ayrı sözlərə, söz birləşmələrinə və bütün cümləyə müxtəlif məna çalarlıqları verir: ifadənin səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir. Ədatlar aid olduğu sözə və cümləyə dinləyicilərin diqqətini yönəldir, onların üzərinə məntiqi vurğu düşməsinə səbəb olur” (45, 449).


Ədatların üslubi imkanı o qədər genişdir ki, hər hansı bir ədat mətndə müxtəlif məna çalarları yarada bilir. Məsələn, qüvvətləndirici ki ədatı aşağıdakı mənaları yaradır.



  1. Təkid mənası:



Mən ki görməmişəm sevgini susan,


Məhəbbət zirvədə bəslənən qarmış (N.K.)



  1. Sual, təəccüb mənası:



Ay bala, bir yerin ağrımır ki? (M.Cəlal)


Bəs burada heç kəs yoxdur ki? (S.R.)



  1. Hədələmə mənası:



Görərik, səni elə tora salım ki...

4. Fikrin təsdiqi mənası:




ki, yaxşı adamdır, usta! (M.Cəlal)



  1. Təəssüf mənası:



Namaz bura gələndə qiyamət qopmaz ki (Ə.Haqverdiyev).

6. Sevinc, diqqət və s. emosional mənası:





  1. Ohoo, bəy dəstəsi ilə bizə təşrif gətirir ki? (M.İ.)




Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin