Dad orqanı (organum gustus)-dad tumurcuqlarından (2000 sayda) ibarət olub, dil, damaq,əsnək və qırtlaq qapağının selikli qişasında yerləşir. Ən çox (30-40) dilin selikli qişasında yerləşən yastığabənzər və yarpağabənzər məməciklərdə olur. Hər bir dad tumurcuğu hissi (xemoreseptorlar)-dad hüceyrələrindən və istinad hüceyrlərindən ibarətdir. Dad hüceyrələrinin tükcükləri dad tumurcuğunun zirvəsində yerləşən dad dəliklərinə istiqamətlənmişdir ki, bu dəliklər də selikli qişanın səthinə açılır. İnsan 4 növ dad hissiyyatını-şirin, acı, duzlu, turş
şirin- dilin ucunda
acı- dilin kökündə
duzlu- dilin zirvəsində
turş- dilin kənarında
Dad hissiyyatının qabıq mərkəzi –gicgah payında (dənizatıyanı qırışığın qarmağının aşağı hissəsində ) yerləşir.