Mövzu 23, 24, 25. Analizatorlar qoxu orqanı


Görmə funksiyasının gigiyenası



Yüklə 46,14 Kb.
səhifə7/7
tarix31.12.2021
ölçüsü46,14 Kb.
#50143
1   2   3   4   5   6   7
MÖVZU 23,24, 25 ; DUYĞU ÜZVLƏRİ.

Görmə funksiyasının gigiyenası

Emmetropiya-normal görmə, işıq şüaları buynuz qişa və şüşəyəbənzər cisimdə sınandan sonta torlu qişanın ortasında sarı ləkədə toplanır. Sarı ləkədə cismin aydın xəyalı əks olunur.

Uzaqdangörmə-zəif refraksiya. Sınan işıq şüaları torlu qişanın arxasında toplanır, bu zaman yaxında olan əşyalar aydın görünmür. Kiçik yaşlı uşaqlarda çox təsadüf edir, bu yaşlarda göz almasının diametri kiçik olur, yaş artıqca göz almasının formalaşması ilə öz-özünə keçə bilər, keçmədikdə eynək məsləhət görülür.

Yaxındangörmə-miopiya, güclü refraksiya. Sınan işıq şüaları torlu qişanın önündə toplanır. Yaxında olan əşyalar daha aydın, uzaqdakı əşyalar bulanıq görünür. 3 əsas səbəbi var.

1. Genetik meyillilik

2. Gözün akkomodasiya qabiliyyəti ilə yaxından görmə yükü arasında mütənasiblik pozulduqda

3. Göz daxili təzyiqin artması nəticəsində gözün sklerasının zəifləməsi.Yaxındangörmə uşağın hərəkətləri və xarakteri dəyişir. Belə uşaqlar tez yorulur, bütün əşyalara yaxından baxmağa çalışır, başı aşağı sallanır,get-gedə qozbellik yarana bilər.

Dərsdə oturma məsafələrinin, işıqlandırmanın düzgün olmaması və s. görmənin yüklənməsinə səbəb olur. Görmə funksiyasına həmçinin, qidalanma, gün rejimi (təmiz havada az olma, az hərəkətli həyat tərzi) təsir edir.

Binokulyargörmə (latınca “bini”-2, “oculus”-göz ) .Bu zaman hər 2 göz eyni vaxtda lazım olan predmeti aydın görür. 1 göz ilə aydın görərsə monookulyar görmə adlanır. Binokulyargörmənin pozulması halları çəpgözlük, amblopiya ( 1 gözün görmə itiliyi zəiflədikdə), anizokoriya (gözün ölçüləri 1-1-indən fərqləndikdə), anizometriya (gözün refraksiya qabiliyyətinin 1-1-indən fərqləndikdə) və s. hallarda olur.

Çəpgözlük göz əzələlərinin müştərək hərəkətinin pozulması nəticəsində binokulyar görmə qabiliyyətinin pozulmasıdır. Adətən erkən 2-3 yaşda olur. Daimi və periodik, bir və ya hər 2 gözdə ola bilir. Bu zaman görmə itiliyi azalır, əşyaya qədər olan məsafə, əşyanın forma, ölçüsünü təyin etmək çətinləşir. Əşyalar göz önündə ikiləşir

Kompyuterlə işləyən zaman uşaq orqanizmi elektomaqnit şüalanmaya məruz qalır. Davamlılıq müddətindən asılı olaraq gözlər qızarır, qaşınır, görmənin ikiləşməsi, baş ağrıları ola bilir. Bunun səbəbi ekranın çox işıqlanması, az kontrastlılığıdır. Ekranın ölçüsü 31 sm.-dən az olmamalıdır. Ekrana qədər olan məsafə 60-70 sm. olmalıdır. Göz yorulmasının qarşısını almaq üçün;

1. Gözləri bağlamaq və sonra 10 san. göz almalarını əllərlə dairəvi massaj etmək.

2. 10 san. göz almalarını önə, sağa, sola, yuxarı, aşağı hərəkət etdirmək.

3. 10 san. gözləri qıymaq və açmaq.

Kompyuterdən gündə 1 dəfə, həftənin maksimum 3 günü istifadə etmək olar. 5 yaşda 10 dəq., 7 yaşda 15 dəq.-dən artıq kompyuterdən istifadə etmək olmaz. Tez-tez xəstələnən uşaqlar, xroniki xəxstəliyi olan uşaqlarda kompyuterdən istifadə müddəti həftədə 1 dəfəyə qədər azaldılmalıdır. Kompyuter yerləşən otağın havası daima dəyişdirilməlidir. Məktəbəqədər təhsil müəssəsində istifadə olunan kompyuterlərin gigiyenik normalara cavab verən sertifikatı olmalıdır.

Düzgün işıqlanma orqanizmə müsbət təsir edir. Oyun və dərs otaqlarının pəncərələri cənub, cənub-şərq bölgəsində yerləşməlidir. Otaq sahəsinin ölçüsünün pəncərə ölçüsünə nisbəti 1:4 , yəni, otaq sahəsi 50 sm2 olduqda pəncərə ölçüsü 10-12 sm2 olmalıdır. Videofilmlərə kiçik və orta qruplar 20 dəq., böyük qruplar 30 dəq. baxa bilərlər, gün ərzində 2 dəfədən artıq olmamalıdır. Əgər gündüz vaxtı ekrana günəş şüaları düşərsə pərdəni çəkmək lazımdır. I sıra ilə monitor arasında məsafə 2-3 m., sonuncu sıra ilə monitor arasındakı məsafə isə 5-5,5 m.olmalıdır. Uzun müddət videofilm izləmə görmənin yüklənməsinə, yuxu pozulmasına, hətta nevrozlara da səbəb ola bilər.

Düzgün rəng seçimi uşaq orqanizminə müsbət təsir edir. “Soyuq”-yaşıl, mavi görmə funksiyasında olan gərginliyi azaldır, sakitləşdirir, əmək fəaliyyətini artırır, “isti”-qırmızı, narıncı, sarı rənglər həssaslığı artırır, qıcıqlandırır. Hər rəngin özünün işıq şüalarının əks etdirmək qabiliyyəti əksetdirmə koeffisienti adlanır. Narıncı-sarı 40-70%, sarı 40-60%, yaşımtıl-sarı 50-58%, sarımtıl-yaşıl 40-50%, yaşımtıl-mavi 35-40%, mavi 40-45% işıq şüalarını əks etdirir. Uşaq müəssisələrində divarları əksetdirmə koeffisienti aşağı olan rənglərlə boyamaq olmaz. Çünki, bu rənglər görmə qabiliyyətini tez yorur, emosional tonusa mənfi təsir edir, işıqlandırmanı azaldır. Məktəbəqədər müəssisədə istifadə olunan rənglər :

I qrup –optimal rənglər ə.k.40% Giriş, otaqlar, pərdələrin rənglənməsi üçün,

II qrup-suboptimal rənglər ə.k.30% Hər hansı əşyaları fərqləndirmək, o əşyalara aksent etmək üçün istifadə olunur.

III qrupa qara və fluoresent rənglər, ə.k. limitsizdir. Xüsusi cihazlar, avadanlıqlar və s. alətlərin təhlükəli olduğunu bildirmək üçün istifadə edilir.

İnsan gözünün rəng təyin eləmə qabiliyyəti 3 rəng əsasında olur: qırmızı, yaşıl, göy.

Uşaqlarda rəngli görmə mərhələli şəkildə gedir;

1,2 yaş qırmızı,

1,4-1,6 yaş yaşıl,

1,6-1,8 yaş göy rəngi görmə yaranır.

Qızlarda rəng seçmə qabiliyyəti oğlanlardan yaxşıdır. Rəngli görməni formalaşdırmaq üçün bu rənglərdə olan oyuncaqlara üstünlük vermək lazımdır. İlk dəfə 1794-ci ildə ingilis alimi D.Dalton özündə qırmızı rəngi , həmçinin, digər rəngləri düzgün aydınlaşdırma qabiliyyətinin olmamasını müşahidə etmişdir. Bu xəstəlik alimin adı ilə daltonizm adlanmışdır. Rəng pozulmaları anadangəlmə və qazanılma olur. Anadangəlmə daltonizm nəsildən nəslə ötürülür. Qırmızı rəngin qəbulunda pozulma olanda uşaq qırmızı, göy. bənövşəyi, tünd yaşıl rənglərdən qorxur. Yaşıl rəngin pozulması zamanı uşaq açıq- yaşıl tünd-qırmızı ilə, yaşıl tünd-göy ilə olduqda qorxur.



Qazanılma daltonizmdə əsasən sarı və göy rənglərin pozulması olur. Göz xəstəliklərində (göz sinirinin nevriti, atrofiyası, katarakta), mərkəzi sinir sistemi xəstəliklərində (baş beyin şişləri, ensefalopatiyalar) olur.
Yüklə 46,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin