Toxunma hissiyyatı . Dəri - cutis. -1,5-2 m 2 sahəyə malik olub, çəkisi kişilərdə - 4850 q, qadınlarda – 3175 q, müxtəlif növ (toxunma, təzyiq, ağrı, hərarət) hissiyyatını qəbul edən reseptorlarla zəngindir. Digər duyğu orqanları zəiflədikdə və ya tamamilə itirildikdə dəri duyğusu daha da öz həssaslığını artırır. 2qatdan ibarətdir;
1. Epidermis-(səthi dəri), çoxqatlı epitelidən təşkil olunub, onun üst qatı daima buynuzlaşaraq tökülür və yenləşir. Epidermisi təşkil edən hüceyrələr 5 qatda yerləşirlər. Bu qatlardan biri olan bazal qatda piqment hüceyrələr – dəriyə rəng verən melanin piqmenti hasil edir. Melanin həmçinin dərini ultrabənövşəyi süaların təsirindən qoruyur.
2. Derma-(xüsusi dəri) elastiki və saya əzələ liflərindən ibarət birləşdirici toxumadan əmələ gəlmişdir. Qalınlğı 1-2,5 mm olub, 2 qatdan ibarətdir. Qadınlarda dərialtı piy toxuması kişilərlə müqayisədə çoxdur.
Dəri törəmələrinə ; 1. Dərinin epidermis törəmələri tük və dırnaqlardır.
Tüklər-epidermis törəməsidir. Tük dəridən xaricdə yerləşən mildən və dərinin daxilində yerləşən kökdən təşkil olunub. Tük kökünün genişlənən hissəsi tük soğanağını əmələ gətirir. Tükün kökü tük kisəciyində yerləşir ki, bura piy vəziləri açılır. 5 aylıq dölün dərisi lanuga-narın döl tükü ilə örtülü olur. Doğuşdan sonra bu tüklər 2-cili tüklərlə əvəzlənir. Dırnaq-dırnaq yatağında yerləşir, kökü, cismi, yataqdan çıxan azad kənarı var.
Dəridə olan vəzilər; piy, tər, süd vəziləri aiddir.
Dostları ilə paylaş: |