Mövzu 3 Sığorta bazarı



Yüklə 34,3 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü34,3 Kb.
#40304
1   2
Movzu 3

A- Uzun müddətli sığorta

I. Həyatın və annuitetlərin sığortası.

II. Nigahın bağlanması və uşağın anadan olmasının sığorta edilməsi.

III. Əlaqəli uzunmuddətli sığorta.

IV. Sağlamlığın fasiləsiz şəkildə sığorta olunması.

V. Tontin sığortası.

VI. Kapitalın qaytarılmasının sığorta olunması.


    1. Pensiya sığortası.

B- Sığortanın ümumi növləri

1. Bədbəxt hadisələrdən sığorta.

2. Xəstəlik hadisəsinə görə sığorta.

3. Avtomobillərin sığorta olunması.

4. Dəmiryolunun hərəkət sisteminin sığorta olunması.

5. Təyyarələrin sığorta olunması.

6. Gəmilərin sığorta olunması.

7. Yüklərin nəqliyyat sığortası.

8. Yanğın və təbii fəlakətlərdən sığorta.

9. Əmlakın sığorta olunması.

10. Avtonəqliyyat sürücülərinin vətəndaşlıq məsuliyyətinin sığorta olunması.

11. Aviakompaniya sahiblərinin vətəndaşlıq məsuliyyətinin sığorta olunması.

12. Gəmi sahiblərinin vətəndaşlıq məsuliyyətinin sığorta olunması.

13. Ümumi məsuliyyətin sığorta olunması.

14. Kreditlərin sığortası.

15. Muzdla işləyən şəxslərin sui-istifadəsi ilə əlaqədar olan maliyyə itkilərindən sığorta.

16. Digər maliyyə itkilərindən sığorta.

17. Məhkəmə xərclərinin sığorta olunması

Sığorta fəaliyyətinin lisenziyalaşdırılması ona dövlət nəzarətinin həyata keçirilməsinin respublikamızda da öz xüsusiyyətləri var. Bütün bunlar isə AR "Sığorta haqqında" Qanunu ilə tənzimlənir. Belə ki, Sığortaçıların Azərbaycan ərazisində həyata keçirdikləri sığorta əməliyyatlarının lisenziyalaşdırılması məcburi xüsusiyyətə malikdir və bu əməliyyatlar AR Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti Baş Idarəsi tərəfindən həyata keçirilir.

Fəaliyyətdə olan qaydalara əsasən, dövlət qeydiyyatından keçmiş sığortaçı lisenziya almaq üçün Maliyyə nazirliyinin sığorta Idarəsinə aşağıdakı sənədləri mütləq təqdim etməlidir:

-sığorta əməliyyatlarının 3 il müddəti ərzində inkişaf proqramını;

-yenidənsığorta üzrə müdafiənin təşkil edilməsi şərtlərini;

-əməliyyatlar üzrə sığorta növlərinin qayda və ya şərtlərini; nizamnamə kapitalının, ehtiyat və diğər fondların nəqdiliyini təsdiq edən bank və ya diğər müəssisələrin arayışlarını;

Müəyyən olunmuş vəzifələrin həyata keçirilməsi üçün nəzarət Idarəsi bu tədbirlərdən istifadə etməlidir:

· sığorta təşkilatlarının sığorta haqqında qanunvericiliyə, müəyyən olunmuş qayda və qeydlərə aid olan maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif istiqamətlərinə dair yoxlamaları həyata keçirmək;

· alınan məlumatların doğruluğunu təsdiq edən arayış və diğər informasiyaların sığorta təşkilatlarından alınması və həmçinin informasiyanın alınması məqsədilə bank və diğər müəssisə və təşkilatlara müraciət etmək;

· sığorta təşkilatları tərəfindən qəbul olunan öhdəçiliklər və bura daxil olan vəsaitlər arasındakı müvafiqliyin təmin olunması üçün sığorta təşkilatlarında yaradılmış zəruri ehtiyatlara nəzarət etmək;

· kapital qoyuluşlarının etibarlılıq səviyyəsini və bu təşkilatların aktivlərinin likvidliyi səviyyəsini təyin etmək məqsədilə müvəqqəti sərbəst vəsaitlərin sığorta təşkilatları tərəfindən yerləşdiril-məsinə nəzarət etmək.



3.3. Iqtisadiyyatın bazar münasibətləri əsasında fəaliyyət göstərən hər bir sahəsi kimi sığorta biznesidə son illər ərzində xeyli inkişaf etmişdir. Buna misal olaraq, onlarla sığorta təşkilatlarının, yaranmasını, sığortanın yeni növlərinin tətbiqini qeyd etmək olar. Azərbaycan, bazar iqtisadiyyatının formalaşmasına yönəldilən islahatları fəal şəkildə həyata keçirir, sığorta isə bazar elementlərinin əsas hissəsi və pul axınının normal dövriyyəsini təmin edən pul-kredit mexanizminin ən fəal ünsürlərindən biri olduğu üçün, bu prosesi daha da sürətləndirir.

Mühüm problemlərdən biri də beynəlxalq sığorta bazarına çıxışdır. Milli sığorta bazarı təkmilləşdikcə, beynəlxalq sığorta qurumları ilə əlaqələr güclənir. Bu baxımdan BMT Avropa Iqtisadi Komissiyası yanında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin Beynəlxalq, "Yaşıl Kart" sığorta sisteminin Büro Şurasının 3-4 iyun 1999-cu il tarixdə Ingiltərənin Oksford şəhərində keçirilmiş Baş Assambleyasında ölkəmiz "Yaşıl Kart" Sığorta bürosuna keçid üzv kimi qəbul edilmişdir.




Yüklə 34,3 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin