Mövzu 3 Sığorta bazarı



Yüklə 34,3 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü34,3 Kb.
#40304
  1   2
Movzu 3


Mövzu 3

Sığorta bazarı

3.1. Sığorta bazarının sosial-iqtisadi məzmunu, mahiyyəti və fəaliyyət mexanizmi

3.2. Dövlət sığorta nəzarətinin rolu və funksiyaları

3.3. Sığorta bazarının inkişaf problemləri
3.1. Sığorta bazarı əmtəə təsərrüfatının inkişaf prosesindən asılı olaraq formalaşır, onun ayrılmaz hissəsi və əsas elementi olur. Bu və ya digər amilin yaranma şərtləri ictimai əmək bölgüsü və xüsusi əmtəə istehsalçıları olan ayrı-ayrı mülkiyyətçilərin mövcud olmasına əsaslanır. Bu şərtlərin real əlaqəsi bazar münasibətlərinin inkişaf səviyyəsini müəyyən edir.

Sığorta bazarının strukturu təsisat (institusional) və ərazi aspektləri üzrə xarakterizə oluna bilər.

Təsisat aspektində sığorta bazarının strukturu səhmdar, korporotiv, qarşılıqlı və dövlətin sığorta kompaniyaları tərəfindən təqdim olunur.

Territorial (ərazi) aspekt isə reqional, daxili (milli) və dünya sığorta bazarına ayrılır. Bazar münasibətlərinin inkişafı etməsi içtimai-iqtisadi tərəqqi yolundakı ərazi sərhədlərini aradan qaldırır, inteqrasiya prosesini gücləndirir, milli sığorta bazarının dünya bazarına inteqrasiya olmasına şərait yaradır.

Sığorta xidmətlərinə tələbat və təklifin miqyasına görə isə sığorta bazarını daxili, xarici və beynəlxalq sığorta bazarına ayırmaq olar.

Konkret sığortaçılar tərəfindən təmin olunan sığorta xidmətlərinə bilavasitə tələbatı olan yerli bazarı daxili sığorta bazarı adlandırırlar.

Daxili bazarın sərhədlərindən kənarda yerləşən və reqionun sərhədləri xaricində bir-bir ilə əlaqədar olan sığorta kompaniyaların-dan asılı olan bazarı xarici sığorta bazarı adlandırırlar.



Dünya sığorta bazarı dedikdə isə dünya təsərrüfatı miqyasında sığorta xidmətləri üzrə təkliflər və onlara olan tələbat başa düşülür.

Sahə xüsusiyyətinə görə isə bazarı şəxsi sığortaəmlak sığortası bazarına bölürlər. Bu bazarlardan hər birini isə xüsusi seqmentlərə ayırmaq olar

Sığorta bazarının iştirakçılarının tərkibinə satıcılar, alıcılar vasitəçilər və eləcə də onların assosiasiyaları daxil olurlar. Satıcı kateqoriyası sığorta və yenidən sığorta ilə məşqul olan kompaniyalardan ibarətdir. Alıcılar isə bu və ya digər satıcı ilə sığorta müqaviləsini bağlayan edən fiziki və ya hüquqi şəxslər –sığorta etdirən şəxslərdir.

Xarici mühitin idarəetmə tərkibi. Sığorta kompaniyasının qismən təsir göstərdiyi xarici mühitin əsas elementlərinə bunlar daxildir:



Potensial sığorta etdirən şəxs tərəfindən qərarların qəbul edilməsi

aşağıdakı iqtisadi və psixoloji şərtlərə əsaslanır:



    • Insan həmişə minimal maliyyə itkiləri zamanı öz sığorta maraqlarını həmişə maksimum təmin etməyə çalışır; sığorta müqaviləsini imzalamaq qərarını qəbul etməzdən əvvəl hər bir şəxs sığorta maraqlarının təmin olunması üçün bütün alternativləri nəzərdən keçirir;

    • sığorta etdirən şəxs həmişə məqsədəuyğun şəkildə fəaliyyət göstərir;

    • ideal alternativ tapmayan şəxs həmişə öz sığorta maraqlarının təmin olunması üçün əldə etdiyi pul vəsaitlərini nəzərə almaqla, şəxsi arzu və imkanları arasındakı optimal balansı taparaq güzəşt üsulu ilə danışıqlar aparır

3.2. Dövlət sığorta orqanlarının tənzimləyici rolu, sığorta etdirən şəxslərin etibarlı müdafiəsini təmin edən 3 əsas funksiyanın yerinə yetirilməsini nəzərdə tutur.

  • Sığorta müqavilələrinin bağlanması ilə əlaqədar olan fəaliyyətin həyata keçirilməsinə razılıq verən qeydiyyatın aparılması- Qeydiyyat sığortaçının peşəkarlıq səviyyəsini və onun maliyyə vəziyyətini müəyyən edir.

  • Aşkarlığın təmin olunması- sığorta fəaliyyəti ilə peşəkar səviyyədə məşqul olan hər bir şəxs sığortaçının maliyyə vəziyyəti haqqında tam, doğru və aydın informasiyadan ibarət olan prospekti nəşr etdirməlidir

  • sahədə hüquq qaydalarına riayət etmək- Dövlətin sığorta nəzarəti orqanı qanun pozuntularına görə istintaqa başlamaq, sığortaçıların marağına zidd fəaliyyət ilə məşğul olan şəxslərə qarşı inzibati ölçülər tətbiq etmək və ya istintaq işini məhkəməyə təqdim etmək hüququna malikdir.

AŞ direktivləri üzrə sığorta növlərinin təsnifatı


Yüklə 34,3 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin