Mövzu 4: Bank mənfəəti və onun mənbələri, qiymətləndirilməsi



Yüklə 30,54 Kb.
səhifə2/4
tarix13.01.2022
ölçüsü30,54 Kb.
#51240
1   2   3   4
Movzu 11 BBU yeni 2015

2. Kommersiya banklarının xərclərini qeydiyyat üsulları və növlərinə görə təsnifləşdirmək mümkündür. Növünə görə məsrəfləri:

- faizli məsrəflər,

- faizsiz məsrəflər,

- digər məsrəflərə ayırd edilir.

Faizli məsrəflər müddətli depozitlər və əmanət qoyuluşlarından müştərilərə ödənilmiş faizlərdən təşkil olunur. Buraya eləcə də digər bankların depozitləri, kredit əməliyyatları, qiymətli kağızların buraxılışı da daxildir. Faizsiz məsrəflər – bank tərəfindən qiymətli kağızlar üzrə, xarici valyuta, kassa və hesablaşma əməliyyatlarına sərf olunan məsrəflər aiddir. Digər məsrəflər veksel üzrə diskont əməliyyatları, vergilərin ödənilməsi, qiymətli kağızlar bazarında spekulyativ əməliyyatların itkiləri, valyuta bazarı əməliyyatları, bank əmlakının satışına aid ehtiyat vəsaitlərinin təşkili ilə sıx əlaqədardır.

Qeydiyyat üsuluna əsasən 1998-ci ilə qədər məsrəflərin 3 qrupu ayırd edilirdi:

- bankın əməliyyat və digər məsrəfləri;

- idarəetmə aparatının təminatı üçün sərf olunan məsrəflər;

-bank tərəfindən ödənilən cərimələr.

Bankın əməliyyat və digər məsrəflərinə bank tərəfindən ödənilən vergilər, cəlb edilmiş vəsaitlərə görə ödənilən faizlər, əsas fondların amortizasiyası, qeyri-maddi aktivlər, icarə məsrəfləri, reklam xərcləri, hesablaşma mərkəzlərinin xidmətlərinin ödəniş, poçt və teleqraf xərcləri, təhsil məsrəfləri, blank məsrəfləri məlumatın maqnit daşıyıcıları, məxfi sənədlər və qeyri-maddi xüsusiyyətli məsrəflər də aiddir. Göründüyü kimi əməliyyat məsrəfləri faizli, faizsiz və digər məsrəflərə bölünür.

İkinci qrupa – idarəetmə aparatının təminatına sərf olunan хərclər aiddir. Əmək haqqı, mükafat, sosial yönlü fondlara pul vəsaiti köçürmələri, binaların, avadanlığın və yüngül nəqliyyatın təminatına sərf olu­nan xərclər, mühafizə, məzuniyyət və dəftərxana məsrəfləri. Xüsusiyyətinə görə bu qrup faizsiz məsrəflərə daxildir.

1999-cu ildən etibarən hesabların yeni planı sadalanan əməliyyat məsrəflərinin bir neçə qrupa bölünməsini nəzərdə tutur. Bunun üçün ikinci dərəcəli sərbəst balans hesabları açılır (tərtib olunur):

❖ cəlb edilmiş kreditlərin ödəniş faizləri,

❖ cəlb olunmuş vəsaitlər üzrə hüquqi şəxslərə ödənilən faizlər,

❖ depozitlər üzrə fiziki şəxslərə ödənilən faizlər,

❖ qiymətli kağızlar üzrə əməliyyatların məsrəfləri,

❖ xarici valyuta əməliyyatlarının məsrəfləri,

❖ digər xərclər.

Beləliklə, qeydiyyatın yeni sistemi kəmiyyət əlamətlərinə əsasən məsrəflərin daha dəqiq təsnifatını təqdim edir, faizli və faizsiz məsrəfləri fərqləndirməyə imkan verir, bank fəaliyyəti haqqında tam məlumat ilə təmin olunur.

Bəzi məsrəflər bankın xərcləri hesabına aiddir. Milli qanunauyğunluğa əsasən bu – məzuniyyət, şəxsi avtomaşınlarda xidməti səfərlər kompensasiyası, elan, banklararası kreditin ödəniş məsrəfləridir.

«Hesabat ilinin mədaxil və itkilərinə» dair məsrəfləri qrupunu da ayırd etmək olar: qanunsuz yeyintilər itkisi, kassa əməliyyatları üzrə ça­tışmayan vəsait, saxta pul vəsaitinin, qəpiklərin qəbulu nəticəsində yaranan itkilər. Bütün bu məsrəflər təminatına görə bankın bilavasitə itkiləri deməkdir.

 

3. Faiz marjası kommersiya bankının faiz gəliri və xərcləri arasındaki fərqdir. O, bankın əsas gəlir mənbəyi hesab olunur. Faiz marjası möhtəkir əməliyyatların itkilərini, vergiləri, ümumbank xərclərinin bir qismini bağlamağa xidmət edir.

Marjanın miqyası maliyyə əmsalı vasitəsilə xarakterizə olunur. Marjanın mütləq miqyası bankın faiz mədaxilinin və məsrəflərinin ümumi ölçüləri arasındakı fərqli cəhətləri ifadə edir. Buraya eləcə də aktiv əməliyyatlarının ayrı-ayrı növləri üzrə faiz mədaxili ilə əməliyyat üçün istifadə olunan vəsait ehtiyatlarının faiz məsrəfləri arasındakı müxtəlif xüsusiyyətlər də daxildir. Kreditlər üzrə faiz ödənişi ilə kredit ehtiyatlarına dair faiz məsrəfləri arasındakı fərqi misal çəkmək olar.

Faiz marjasının mütləq parametrlərinin dinamikliyi aşağıdakı amillərlə müəyyənləşir:

❖ faiz gəliri gətirən aktiv əməliyyatların və kredit qoyuluşunun miqyası ilə;

❖ bankın aktiv əməliyyatları üzrə faiz dərəcəsi ilə;

❖ bankın passiv əməliyyatları üzrə faiz dərəcəsi ilə;

❖ aktiv və passiv əməliyyatların faiz dərəcələri arasındakı fərqlə (spred);

❖ bankın kredit portfelində faizsiz kreditlərin payı ilə;

❖ faiz gəliri gətirən riskli aktiv əməliyyatların payı ilə;

❖ xüsusi kapitalla cəlb olunmuş ehtiyatlar arasındakı fərq ilə;

❖ cəlb olunmuş ehtiyatların quruluş tərkibi ilə;

❖ faizlərin köçürülməsi və əldə edilməsi üsulları ilə;

❖ mədaxil və məsrəflərin qeydiyyatının təşkili sistemi ilə;

❖ inflyasiyanın tempi ilə.

Bankın faiz gəliri və xərclərinin milli və xarici qeydiyyat standart­ları arasında əhəmiyyətli fərqlər mövcuddur. Onlar faiz marjasının ölçülərinə təsir edir.

Qeydiyyat sistemi üzrə faiz gəliri və xərcləri bankın hesabına daxil olub – çıxarılması müddətində hesabatda öz əksini tapır. Xarici stan­dartlar əsasında hesabatda əməliyyatın icra müddətindən asılı olmayaraq mədaxil və məsrəflər dəqiq göstərilir.

Kafi faiz marjasının əmsalı (Mk) bank üçün zəruri minimal səviyyəsini ifadə edir. Bu əmsalın hesablanması marjanın əsas vəzifəsindən -banka pul vəsaitinin ödənməsinin yubadılmasını aradan qaldırmaq səbəbindən doğur.

Digər gəlirlər qeyri-kredit xassəli bankların xidmətlər şəbəkəsindən hesaba daxil olan komission mədaxildir. Buraya: hesab-kassa xidmətinin müqabilində pul vəsaitinin ödənişi, inkassasiya, bankın informasiya və məsləhət xidmətləri, digər xidmətlər, müştərilərə poçt, teleqraf və digər məsrəflərinin müqabilində bankın bu xərcləri kompensasiya etmək qabiliyyəti; ötən illər ərzində almmış faizlər; cərimələr aiddir.



Kafi marja ötən illərin faktiki məlumatlarına arxalana bilər. Son illərdə iri və orta bankların kafi marjasının artımı müşähidə olunmuşdur. Deməli, bir çox kredit idarələri çox az məbləğli faiz gəlirlərindən itkisiz istifadə edir və kreditlərin kredit portfeli qismində qaytarılması üçün narahat olur. Bu cür vəziyyət zəif maddi-texniki bazarının, bankın mühafizəsinə dair çox az miqdarda pul vəsaitinin xərclənməsi, inflyasiya xassəli yüksək valyuta mədaxili, müştərilərə göstərilən xidmətin aşağı səviyyədə olması ilə səciyyələnir. Bazar münasibətlərinin inkişafı, müştəri qazanmaq uğrunda mübarizə, kriminogen vəziyyət, valyuta sisteminin tətbiqi tələb olunan faiz marjanın miqyasında köklü dəyişikliklərə səbəb olmuşdur.

Kafi marjanın hesablaşmaları razılaşdırılmış faiz tarifinin formalaşdırılması üçün zəruri amillərdən biridir. Fəal əməliyyatlar üzrə faizlərin ehtiyatlarının kafi marjasının real dəyərini müəyyən etmək və inflyasiyanın tempinin tənzimlənməsi bank üçün zəruridir. Ayrı-ayrı fəal əməliyyatlar üzrə faktiki marjaların əmsallarının müqayisəsi (kredit əməliyyatları, banklararası kreditlər və qiymətli kağızlar bazarı) kom-mersiya bankının iş fəaliyyətinin səmərəli istiqamətlərini qiymətləndirməyə imkan yaradır.

 


Yüklə 30,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin