Bəzi materialların radiasiya şüasını 2 dəfə azaldan qalınlığının cədvəli
Müdafiə materialı
|
2 dəfə azaltma qalınlığı, sm
|
Sıxlıq, q/sm³
|
Qurğuşun
|
1
|
11.3
|
Beton
|
6.1
|
3.33
|
Polad
|
2.5
|
7.86
|
Torpaq
|
9.1
|
1.99
|
Su
|
18
|
1.00
|
Ağac material
|
29
|
0.56
|
Hava
|
15000
|
0.0012
|
Düzən ərazidə istiqamətini və sürətini dəyişməyən külək zamanı, həmçinin radioaktiv çirklənmə zonasını proqnozlaşdırarkən radioaktiv buludun izi ellips formasında olur. Bu zaman çirklənmə zonası 4 ərazi üzrə bölünür:
Zəif çirklənmə zonası;
Güclü çirklənmə zonası;
Təhlükəli çirklənmə zonası;
Çox təhlükəli çirklənmə zonası.
Çirklənmə zonası
|
Şərti işarə
|
Partlayış məhsulları tamamilə parçalanana kimi alınan doza, R
|
Etalon doza gücü, R/saat partlayış-dan 1 saat sonra
|
Doza, partla-yışdan 10 saat sonra, R/saat
|
Zəif çirklənmə zonası
|
A
|
40-400
|
8-80
|
0,5
|
Güclü çirklənmə zonası
|
B
|
400-1200
|
80-240
|
5
|
Təhlükəli çirklənmə zonası
|
C
|
1200-4000
|
240-800
|
15
|
Çox təhlükəli çirklənmə zonası
|
D
|
4000-dən çox
|
800-dən çox
|
50
|
Kimyəvi şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi
Kimyəvi şərait güclü təsirli zəhərləyici və ya kimyəvi maddələrin axması (tullanması) və ya kimyəvi silahların tətbiqi nəticəsində yaranır.
Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə və su mənbələrinə və s. obyektlərə kimyəvi maddələrin təsirinin dərəcəsini təyin etmək, həmçinin dəstələrin və əhalinin kimyəvi zəhərlənmə şəraitində xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında ən məqsədəuyğun fəaliyyətlərinin seçilməsidir. Kimyəvi şəraitin qiymətlən-dirilməsində bütün obyektlərin qərargahlarının rəisləri və dəstə komandirləri obyektlərin mühafizəsini vaxtında təşkil etmək üçün iştirak edir, həmçinin dəstələrin fəaliyyəti haqqında və düşmənin kimyəvi silahı tətbiq etməsinin nəticəsini və onların qalıqlarını aradan qaldırmaq qərarlarını dəqiqləşdirirlər.
Kimyəvi zəhərlənmiş ərazi
Kimyəvi şərait kimyəvi kəşfiyyatın məlumatları əsasında, lakin bəzi hallarda qabaqcadan öyrənilir. Belə öyrənməyə aşağıdakılar aiddir:
dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini təyin etmək;
kimyəvi silahın basqınına məruz qalmış obyektləri öyrənmək;
zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vasitələrini və üsullarını təyin etmək;
ərazinin xarakterini və hava şəraitini öyrənmək.
Dəstələrin fəaliyyətinin xarakterini, istiqamətini kimyəvi şəraitin qiymətləndirilməsi nəticəsində dəqiqləşdirirlər.
Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsulları, miqyası, adətən, müşahidə ilə təyin edilir, sonra kimyəvi kəşfiyyatın məlumatları ilə dəqiqləşdirilir. Zəhərləyici maddələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə təyin edirlər. Əgər düşmən təyyarədən dərman səpən cihazlardan istifadə edərsə, deməli, zəhərləyici maddə V tipli qaz və iprit növlərinə aiddir. Küləyin sürəti və istiqaməti, yerə yaxın təbəqədə havanın istiliyi haqqında məlumatları obyektin mülki müdafiə qərargahlarına rayonunun MM qərargahı göndərir.
Dəstələrin fəaliyyət göstərəcəyi yeni rayonların, ərazilərin xarakterini xəritələr, sxemlər üzrə və bilavasitə canlı müşahidə etmək yolu ilə öyrənirlər.
Kimyəvi şəraiti qiymətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və istiqamətinin, zəhərləyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə xarakteri və miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli havanın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tətbiq edildiyi rayonun hüdudundan, küləyin istiqaməti ilə, dəstələrin şəxsi heyətinin və əhalinin mühafizə vasitələri olmadan təhlükəsiz məntəqəyə qədər olan yol nəzərdə tutulur.
Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aiddir:
kimyəvi silahın tətbiq olunduğu rayonunu böyüklüyü;
buxar və duman (aerozolu yaradan) halına keçən zəhərləyici maddələrin miqdarı və onların zəhərliliyi;
havanın şaquli durğunluq dərəcəsi;
yerin relyefi və bitkilərin xarakteri.
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci. Birinci bulud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mühafizə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə təsir etmə vaxtı az olur. İkinci bulud isə yerdən və əşyalardan zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsində əmələ gəlir. Bu da küləyin istiqaməti ilə yayılır və zəhərləyici maddələrin buxarlanma müddətində zədələnmə verir.
Bütün bunları kimyəvi şəraitin qiymətləndirilməsində nəzərə almaq lazımdır. Qiymətləndirmə qaydaları kimyəvi silahın tətbiqi şəraitindən asılı olaraq müxtəlif ola bilər. Lakin bunu çox vaxt aşağıdakı ardıcıllıqla aparırlar:
maddənin növünü, təxmini miqdarını, onun tətbiqi üsullarını və miqyasını təyin edirlər;
ərazi, küləyin istiqamətində kimyəvi silah tətbiq olunan rayondan proqnoz metodu ilə zəhərli hava buludunun təhlükəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonunu öyrənirlər.
Bu proqnoz məlumatlarından hərbiləşməmiş dəstələrin şəxsi heyətini və əhalini xəbərdar etmək üçün istifadə edirlər.
Düşmən basqınından sonra kəşfiyyat qrupu xüsusi cihazların köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlənmiş ərazinin sərhədlərini nişanlayırlar. Bundan sonra dəstələri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım göstərmək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür.
Kimyəvi şəraitin qiymətləndirilməsinə daxilidir:
Kimyəvi yoluxmanın miqyasının və xarakterinin müəyyən edilməsi; obyektlərin, MM qüvvələrinin və əhalinin fəaliyyətinə təsirinin analizi;
İnsanların mühafizəsi üçün ən məqsədəuyğun qərarların qəbulu.
Kimyəvi şəraitin qiymətləndirilməsi zamanı əsas diqqət yetirilməli olan məqamlar:
Kimyəvi maddənin növü və miqdarı, kimyəvi silahın tətbiqi vasitəsi və onun tipi;
Zəhərli maddələrin axmasının (tullanmasının), kimyəvi silahların tətbiqinin yeri və vaxtı; Əhalinin təhlükəsizliyinin səviyyəsi;
Ərazinin topoqrafik şəraiti və yoluxmuş havanın yayılmasının qarşısında duran tikililərin xarakteri;
Meteoroloji şərait (küləyin istiqaməti və sürəti, yerin və havanın temperaturu, havanın şaquli durğunluq dərəcəsi).
Havanın 3 şaquli durğunluq dərəcəsi vardır: inversiya, izotermiya, konveksiya.
Havanın şaquli durğunluq dərəcəsi aşağıdakı qrafik vasitəsilə hava məlumatına əsasən müəyyən edilə bilər:
Küləyin sürəti, m/s
|
Gecə
|
Gündüz
|
Aydın
|
Tutqun
|
Yağmurlu
|
Aydın
|
Tutqun
|
Yağmurlu
|
0.5
|
İnversiya
|
|
Konveksiya
|
|
0.6 - 2
|
|
|
|
|
|
|
2.1 - 4
|
|
|
|
|
|
|
4 və çox
|
İzotermiya
|
İzotermiya
|
İnversiya adətən axşam saatlarında, təxminən günəş batmazdan 1 saat öncə yaranır, günəş çıxandan 1 saat sonra itir. İnversiya zamanı havanın aşağı qatları yuxarı qatlara nisbətən soyuq olur. Bu da öz növbəsində onun hündürlüyə yayılmasının qarşısını alır və yoluxmuş havanın yüksək konsentrasiyalı qalmasına şərait yaradır.
İzotermiya havanın stabil tarazlığı ilə xarakterizə olunur, daha çox yağmurlu hava zamanı xarakterikdir, həmçinin səhər və axşam vaxtlarda, inversiyadan konveksiyaya (səhərlər) və əksinə (gecələr) keçid vəziyyətində yarana bilər.
Konveksiya əsasən günəş çıxmazdan 2 saat öncə yaranır və batmazdan təxminən 2 - 2.5 saat qabaq dağılır. O, adətən aydın yay günlərində təsadüf olunur. Konveksiya zamanı havanın aşağı qatları yuxarı qatlarından daha çox isti olur. Bu da yoluxmuş havanın yayılmasına və təsirinin azalmasına şərait yaradır.
Dostları ilə paylaş: |