Mövzu №5. Sadə qəti sillogizmin tərkibi. Sillogizmin aksiomu



Yüklə 53,55 Kb.
səhifə1/8
tarix26.04.2023
ölçüsü53,55 Kb.
#103049
növüQaydalar
  1   2   3   4   5   6   7   8
Mühazirə-5


Mövzu №5. Sadə qəti sillogizm.
1.Sadə qəti sillogizmin tərkibi.
2.Sillogizmin aksiomu.
3.Qəti sillogizmin ümumi qaydaları.
4.Qəti sillogizmin fiqurları. Fiqurlar qaydası.
5.Sillogizmin modusları.
6.Ayırıcı hökmlərdən yaradılan qəti sillogizmlər.
7.Münasibət bildirən hökmlərdən yaradılan sillogizmlər.
1.Sadə qəti sillogizmin tərkibi. Bilvasitə (dolayı yolla) əqlinəticələrin geniş yayılmış növü qəti sillogizmdir (yun. syllogismos –saymaq, hesablamaq). Qəti sillogizmlər üç qəti hökmdən ibarət olur. Onlardan ikisi müqəddimə, üçüncüsü isə nəticədir. Məsələn:
(1) Müttəhim (M) müdafiə hüququna malikdir (P)
(2) Məmmədov (S) –müttəhimdir (M)
(3) Məmmədov (S) müdafiə hüququna malikdir (P)
Hökmün terminlərindən –subyekt (S) və predikat (P) –fərqli olaraq, sillogizmlərin tərkibinə daxil olan anlayışlara sillogizmin terminləri deyilir. Kiçik, böyük və orta terminləri fərqləndirirlər.
Nəticədə subyekt qismində çıxış edən anlayışa sillogizmin kiçik termini deyilir (yuxarıdakı misalda “Məmmədov”). Nəticədə predikat qismində çıxış edən anlayış sillogizmin böyük termini adlanır (“müdafiə hüququna malikdir”). Kiçik və böyük terminlər kənar terminlər adlandırılır və uyğun olaraq S (kiçik termin) və P (böyük termin) latın hərfləri ilə işarələnir.
Kənar terminlərdən hər biri təkcə nəticəyə yox, həm də müqəddimələrdən birinə daxil olur. Kiçik terminin daxil olduğu müqəddimə kiçik müqəddimə, böyük terminin daxil olduğu müqəddimə isə böyük müqəddimə adlanır. Yuxarıdakı misalda (1) –böyük müqəddimə, (2) –isə kiçik müqəddimədir. Sillogizmlərin təhlilini asanlaşdırmaq üçün müqəddimələri müəyyən ardıcıllıqla düzürlər: birinci yerdə böyük, ikinci yerdə isə kiçik müqəddimə dayanır. Xətt altında isə nəticə yazılır.
Müqəddimələri sillogizmlərdəki yerinə görə yox, onlara daxil olan terminlərə görə fərqləndirirlər.
Əgər sillogizmlərdə orta termin yoxdursa onda nəticə çıxarmaq da mümkün deyil. Hər iki müqəddiməyə daxil olan, lakin nəticədə iştirak etməyən terminlər orta terminlər adlanır (yuxarıdakı misalda “müttəhim”). Orta termin M (lat. medius –orta) latın hərfi ilə işarələnir.
Orta termin iki kənar termini əlaqələndirir. Kənar terminlər (subyekt və predikat) arasındakı münasibət onların orta terminə münasibəti sayəsində qurulur.
Yuxarıda deyilənlər əsasında sadə qəti sillogizmə belə tərif vermək olar: Sadə qəti sillogizm –iki kənar termin haqqında, onların orta terminə münasibətinə əsaslanmaqla çıxarılan əqlinəticədir.

Yüklə 53,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin