Mövzu 6 Büdcənin gəlirləri, vergili və qeyri-vergili gəlirlər



Yüklə 19,17 Kb.
səhifə2/3
tarix22.03.2022
ölçüsü19,17 Kb.
#54039
1   2   3
ASEU TEACHERFILE WEB 1275746517980650532.docx 1554564246

Vergi ödənişləri- vergilər, rüsumlar, yığımlar və haqq formasında təqdim olunur. Vergi dedikdə heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən sistematik haqq başa düşülür.

Yığım- xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən haqqdır.

Rüsum- dövlət orqanları tərəfindən göstərilən xidmətə görə ödənilən haqq başa düşülür.

Haqq- təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin konpensasiyası və bərpasına yönəldilir.

Deməli, vergilər dövlətin ümumi daxili məhsulunun bir hissəsinin məcburi ödəniş şəklində öz xeyrinə götürməsi münasibətlərini ifadə edən müəyyən iqtisadi(maliyyə) və təşkilati-hüquqi münasibətlərin məcmusudur.

Vergi və rüsumlar dövlət büdcəsinə və yerli büdcələrə müəyyən məbləğdə cəlb edilmiş milli gəlirin bir hissəsidir.

Vergilər aşağıdakı funksiyaları yerinə yetirir:



  • Fiskal funksiya- dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb edilməsidir.

  • Bölgü funksiyası- gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsündən ibarətdir

  • Nəzarət funksiyası vasitəsilə dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət həyata keçirilir

  • Tənzimləyici funksiya vasitəsilə vergilər, təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə təsir göstərir, kapital yığımın gücləndirir.

AR-da qəbul edilmiş Vergi Məcəlləsinə əsasən aşağıdakı növ vergilər tətbiq edilir:

  • Fiziki şəxslərin gəlir vergisi

  • Hüquqi şəxslərin mənfəət vergisi

  • Əlavə dəyər vergisi

  • Aksiz vergisi

  • Əmlak vergisi

  • Torpaq vergisi

  • Yol vergisi

  • Mədən vergisi

  • Sadələşdirilmiş vergilər

Vergi sistemi əhatə edir:

  • vergiyə cəlb etmə subyekti- vergi ödəyicisi

  • vergiyə cəlb etmə obyekti- vergiyə nə cəlb edilir

  • vergi məzənnələri- vergi məbləğinin hesablanma faizi

Bütün vergilər birbaşa və dolayı (vasitəli) vergilərə bölünür. Birbaşa vergilər vergi ödəyicilərinin bilavasitə gəlirlərinin bir hissəsinin götürülməsi və əmlaklarından müvafiq dərəcələrlə dövlət tərəfindən alınan vergilərdir(əhalidən vergilər, müəssisənin mənfəətindən vergi və s.)

Dolayı (vasitəli) vergilər- məhsulların qiymətinə, məhsul satışı dövriyyəsinə, iş və xidmətlərə əlavə kimi tətbiq edilir.(ƏDV, aksizlər). Vergilər dövlət büdcəsi gəlirlərinin formalaşmasının başlıca mənbəyidir.

Vergi məzənnəsinin müəyyən edilməsindən asılı olaraq vergiyə cəlb etmənin üç tipi vardır:


Yüklə 19,17 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin