Mövzu 6: ƏMƏk hüququnun əsaslarstrreplN Əmək hüququnun anlayışı və mənbələri Kollektiv müqavilə və saziş


İş vaxtının və istirahət vaxtının anlayışı və növləri



Yüklə 169,5 Kb.
səhifə11/16
tarix02.01.2022
ölçüsü169,5 Kb.
#35047
1   ...   8   9   10   11   12   13   14   15   16
Mövzu 6 - ƏMƏK HÜQUQUNUN ƏSASLARI

6. İş vaxtının və istirahət vaxtının anlayışı və növləri

İş vaxtı - müddəti qanunla nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Qanunvericilik iş vaxtının 3 növünü müəyyən edir.

Birinci növə müəssisədə, idarədə, təşkilatda həftəlik 40 saatlıq iş vaxtını nəzərdə tutan normal iş vaxtı, ikinci növə qısaldılmış iş vaxtı, üçüncü növə natamam iş vaxtı aid edilir. AR ƏM-nin 90-cı maddəsinə müvafiq olaraq, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Altıgünlük iş həftəsi istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilə bilər.

Qısaldılmış iş vaxtı - işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla əmək müqaviləsinin şərtləri ilə müəyyən edilə bilər.

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq ola bilməz.

Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olduqda, bu vəzifədə çalışan işçilərə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

Xüsusi xarakterli işlərdə çalışan işçilərə də (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda işləyənlərə və s.) həftə ərzində 36 saatdan çox olmayan iş vaxtı şamil edilir.

Natamam iş vaxtı - əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilə bilər.

İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik) habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara ərizələrilə işəgötürən, natamam iş vaxtı müəyyən etməlidir.

Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin qanunvericiliklə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

İş vaxtından artıq iş - işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır.

Bir qayda olaraq, iş vaxtından artıq iş yolverilməzdir.

Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması məqsədilə qanunvericiliyin tələblərinə əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.

Hər bir işçi dalbadal gələn 2 iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən hər bir vətəndaş istirahət hüququna malikdir.

İstirahət vaxtı dedikdə, təqvim vaxtının o hissəsi başa düşülür ki, həmin müddət ərzində işçi əmək qanunvericiliyinə uyğun olaraq əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməlidir. İşçi həmin vaxtı özünün şəxsi fikri ilə əmək qabiliyyətinin bərpa olunmasına və özünün maraqlarının təmin olunmasına sərf etməlidir.


Yüklə 169,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin