Mövzu 6: ƏMƏk hüququnun əsaslarstrreplN Əmək hüququnun anlayışı və mənbələri Kollektiv müqavilə və saziş



Yüklə 169,5 Kb.
səhifə13/16
tarix02.01.2022
ölçüsü169,5 Kb.
#35047
1   ...   8   9   10   11   12   13   14   15   16
Mövzu 6 - ƏMƏK HÜQUQUNUN ƏSASLARI

3. Bayram günləri.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda bu bayram günləri iş öhdəlikləri yerinə yetirilmir (Oktyabrın 18-də - Dövlət Müstəqilliyi günü, Noyabrın 12-də - Konstitusiya günü və Noyabrın 17-də - Milli Dirçəliş günləri istisna olmaqla, belə ki, həmin günlər bayram günləri olsa da istirahət günləri deyildir).

Yanvarın 1 və 2 - də - Yeni il;

Yanvarın 20-si - Ümumxalq hüzn günü;

Martın 8-də - Qadınlar günü;

Mayın 9-da - Faşizm üzərində qələbə günü;

Mayın 28-də - Respublika günü;

İyunun 15-də - Azərbaycan xalqının milli qurtuluş günü;

İyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələr günü;

Oktyabrın 18-də - Dövlət Müstəqilliyi günü;

Noyabrın 12-də - Konstitusiya günü;

Noyabrın 17-də - Milli Dirçəliş günü;

Dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü;

Novruz bayramı – 20-24 mart;

Qurban bayramı - iki gün;

Ramazan bayramı - iki gün bayram edilir. Bu günlərdə işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

Nəhayət, istirahət vaxtının daha bir növü məzuniyyətdir. Bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilir.

İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

b) uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti;

c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

ç) ödənişsiz məzuniyyət.

Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti ƏM-də nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, dövlət qulluqçularına, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə, tədris müəssisələrinin metodistlərinə, emalatxana rəhbərlərinə, laborantlara, kitabxanaçılara, dayələrə, bədii rəhbərlərə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə, əczaçılara ödənişli əsas məzuniyyət 30 təqdim günü müddətində verilməlidir.

Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günü müddətində verilir.

Qanunvericilikdə digər sahə işçilərinin məzuniyyət müddətləri sadalanıb. İşçilərin AR ƏM-si ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.


Yüklə 169,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin