Müqəddimə: 1)xR1y mR2n 2)R1 P, Q, S, T əlamətlərinə malikdir; R2 P, Q, S əlamətlərinə malikdir; Nəticə: R2 T əlamətinə malikdir. Tarixdə fizika, astronimiya, biologiya, riyaziyyat və digər elmlər sahəsində münasibətlərin bənzədilməsi sayəsində baş vermiş elmi kəşflərə çoxsaylı nümunələr var. Münasibətlərin analogiyası elmdə tətbiq edilən və texnikada geniş istifadə edilən modelləşdirmə metodunun əsasında dayanır.
3.Analogiya üzrə əqlinəticənin yararlılıq şərtləri. Analogiya üzrə çıxarılmış nəticələr əsaslılıq dərəcəsinə görə eyni olmur: əgər bir halda o problematikdirsə, digər halda isə səhih ola bilər. Nəticənin idraki dəyəri müqayisə olunan obyektlər haqqında çıxış biliyin səciyyəsi ilə: oxşarlıq əlamətləri və köçürülən əlamət arasındakı asılılıqla müəyyənləşir.
a)Bənzədilən obyektlərin oxşarlığı analogiya üzrə əqlinəticənin tətbiqi üçün əsas zəmindir. Nəticə o zaman yararlı ola bilər ki, gerçək oxşarlıq aşkarlanıb qeyd olunsun və bu oxşarlıq təqribi deyil ciddi müəyyən və konkret olsun, yəni əhəmiyyətli əlamətlərə görə oxşarlıq olsun. Əgər belə oxşarlıq yoxdursa, onda analogiya üzrə əqlinəticə yararsız sayılır.
b)Bənzədilən obyektlər arasında fərqlərin nəzərə alınması. Təbiətdə mütləq oxşar hadisə (predmet) mövcud deyil: ən yüksək dərəcəli oxşarlıq belə özündə hansısa fərqi saxlayır.
Bəzi hallarda fərq əhəmiyyətli olmur, yəni köçürülən əlamətlə uyuşa bilir. Onlar bənzətmə və əlamətin köçürülməsinə mane olmur.
Əlamətin bir predmetdən digərinə köçürülməsinə mane olan xassəyə əhəmiyyətli fərq deyilir. Onlar köçürülən xassə və yaxud münasibətlə uyuşmur və analogiyanın tətbiqini istisna edir.
Nəzərdən keçirimiş şərtlərə riayət edilməsi bu nəticə çıxarılma formasını prinsipcə tətbiqini, analogiya üzrə əqlinəticə çıxarılmasını məntiqi baxımdan yararlı edir.