Mövzu №6. İnduktiv əqlinəticə. Analogiya üzrə əqlinəticə. İnduktiv əqlinəticənin ümumi səciyyəsi. İnduktiv əqlinəticənin növləri



Yüklə 40,23 Kb.
səhifə4/11
tarix21.05.2023
ölçüsü40,23 Kb.
#118838
1   2   3   4   5   6   7   8   9   10   11
Mühazirə-6

3.Populyar induksiya. İnsanlar çoxəsrlik fəaliyyətləri prosesində çoxsaylı hadisələrin davamlı (dayanıqlı) təkrarlanmasını müşahidə etmiş, onları ümumiləşdirərək baş vermiş və gələcəkdə baş verəcək hadisələrin izah edilməsində istifadə etmişlər. Belə ümumiləşdirmələr daha çox havanın necə olacağı, iqlim şəraitinin məhsul yetişməsinə təsiri, xəstəliklərin yayılma səbəbləri, konkret situasiyada insanların davranışı və s. ilə bağlı olmuşdur. Oxşar ümumiləşdirmələrin böyük əksəriyyətinin məntiqi mexanizmi populyar induksiyadır. Məntiq elmində populyar induksiyaya aşağıdakı kimi tərif verilir:
Populyar induksiya elə bir ümumiləşdirməyə deyilir ki, burada sadalama yolu ilə sinfin müəyyən hadisələrində əlamətin təkrar olunduğu müəyyən edilir və bu əsasda həmin əlamətin bütün sinfə aid olduğu haqqında problematik nəticə çıxarılır.
Hadisələrin böyük əksəriyyətində əlamətlərin təkrarlanması gerçəkdən hadisənin ümumi xassəsini əks etdirir. Bu əsasda qurulmuş ümumiləşdirmə mühüm praktiki funksiya daşıyır.
İstintaq prosesində cinayətdə iştirak etmiş şəxslərin davranışına aid olan empirik induktiv ümumiləşdirmələrdən istifadə olunur. Məsələn, cinayət törətmiş şəxs məhkəmə və istintaqdan gizlənməyə cəhd edir; qətllə təhdid çox zaman onun icrası ilə yekunlaşır; oğurlanmış əşyaların aşkarlanması cinayətə aid olmaya şəhadət verir. Belə təcrübi ümumiləşdirmələr, və yaxud hüquq kitablarında ifadə olunduğu kimi faktiki prezumpsiyalar, onların problematik hökm olmasına baxmayaraq istintaqa böyük kömək edir.
Populyar induksiya elmi biliklərin inkişafında ilk addımdır. Elm empirik tədqiqatdan, təsnifatdan, dayanıqlı əlaqə, münasibət və asılılıqların aşkarlanmasından başlayır. Elmdə ilk ümumiləşdirmələr təkrarlanan əlamətlərin sadə sadalanması yolu ilə elementar induktiv əqlinəticə sayəsində mümkün olur. Deməli, populyar induksiya problematik yekun bilik verməsinə baxmayaraq, mühüm evristik funksiya yerinə yetirir.
Populyar induksiyada nəticənin əsaslandırılmış olması ilk növbədə kəmiyyət göstəricisindən: tədqiq olunan predmetlər (nümunələr, yaxud seçimin) altçoxluğunun bütün sinif predmetlərinə nisbətindən asılıdır. Tədqiq edilmiş nümunələr bütün sinif elementlərinə kəmiyyətcə nə qədər yaxındırsa induktiv ümumiləşdirmə bir o qədər əsaslandırılmış olacaq.
Sinfin yalnız bir qisim (az sayda) elementləri tədqiq olunduğu halda tələsik ümumiləşdirmə istisna olunmur.
Buna misal olaraq populyar induksiya vasitəsilə əldə olunan və uzun zamanlar Avropada mövcud olan “Bütün qu quşları ağdır” hökmünü göstərə bilərik. Göstərilən hökm zidd halların yoxluğu şərtilə çoxsaylı müşahidələr əsasında qurulub. XVIII əsrdə Avstraliyaya gedən avropalılar burada qara qu quşlarını gördükdən sonra ümumiləşdirilmə inkar edilmişdir.
Populyar induksiya yolu ilə ildə edilən nəticə həm də o vaxt səhv olur ki, müşahidəçi təkrar olunan faktlara zidd olanları qeydə almır və tələsik ümumiləşdirmələr edir. Bu halda o, diqqətini yalnız təkrar olunan hadisələrə yönəldir və zidd halları nəinki gözləmir, hətta onların baş verməsini qeyri-mümkün hesab edir.
Qeyri-dəqiq qurulmuş induktiv ümumiləşdirmələrin törətdiyi səhv nəticələr müxtəlif mövhumat qalıqlarının əsasını təşkil edir. Məsələn, gözə gəlməyə inam, yaxşı və pis yuxu görməyə inam, tək səbrə inam və s.
Ümumiyyətlə götürdükdə induktiv əqli nəticədə ehtimallığının yüksəlməsi müşahidə edilən halların müxtəlifliyindən və müşahidə olunan eynitipli hadisələrin sayının çoxaldılmasından asılıdır.

Yüklə 40,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin