Mövzu №6. İnduktiv əqlinəticə. Analogiya üzrə əqlinəticə. İnduktiv əqlinəticənin ümumi səciyyəsi. İnduktiv əqlinəticənin növləri



Yüklə 40,23 Kb.
səhifə2/11
tarix21.05.2023
ölçüsü40,23 Kb.
#118838
1   2   3   4   5   6   7   8   9   10   11
Mühazirə-6

2.İnduktiv əqlinəticənin növləri. Empirik tədqiqatın tamlığı və bitkinliyindən asılı olaraq induktiv əqlinəticənin iki növünü fərqləndirirlər: tam və natamam induksiya.
a) Tam və natamam induksiya.
Tam induksiya. Tam induksiya elə əqli nəticəyə deyilir ki, burada müəyyən sinfə daxil olan hər bir hadisədə əlamətin təkrarlanması əsasında bu əlamətin həmin sinfin bütün hadisələrinə aid olduğu söylənilir.
İnduktiv əqlinəticənin bu növü o hallarda tətbiq olunur ki, öyrənilən obyekt qapalı sinifdir, yəni bu sinfə daxil olan elementlər sonludur, onlar asanlıqla sayıla bilir. Məsələn, Günəş sisteminin planetləri, Avropa dövlətləri, müəyyən regionda olan sənaye müəsisələrinin sayı və s.
Tam induksiyanın sxemi belədir:
Müqəddimələr:

  1. S1 P əlamətinə malikdir.

S2 P əlamətinə malikdir.
......................................
Sn P əlamətinə malikdir.

  1. S1, S2,...,Sn K sinfini təşkil edir

Nəticə:
K sinfinin bütün elementləri P əlamətinə malikdir.
Bu əqlinəticənin müqəddimələrində sinfin hər bir elementi haqqında əksini tapmış informasiya tədqiqatın tamlıq göstəricisi və əlamətin bütün sinfə məntiqi aid edilməsi üçün kafi əsasdır. Tam induksiyada nəticə demonstrativ səciyyə daşıyır, yəni müqəddimələr həqiqi olduqda əldə edilən nəticə də zərurən həqiqi olacaq.
Əgər müqəddimələrdə sinfin hər bir elementinin müəyyən əlamətə malik olması qeyd olunursa, tam induksiya iqrari yekun bilik verir. Əks halda, müqəddimələrdə sinfin hər bir üzvünün müəyyən əlamətə malik olmaması qeyd edilirsə, onda yekun bilik inkari hökm olacaq.
Tam induksiyanın idrakı rolu hadisələr haqqında yeni biliyin formalaşdırılmasında təzahür edir. Əlamətin ayrı-ayrı predmetlərdən bütövlükdə sinfə köçürülməsi sadə cəmləmə deyil. Sinif haqqında bilik –biliyin inkişafında yeni mərhələni əks etdirən ümumiləşdirmədir.
Belə ki, astronomiyada planetlərin Günəş ətrafında hərəkət trayektoriyasının səciyyəsi aşkarlandıqda, belə məlim olur ki, Mars, Venera, Yupiter, Saturn və Yer Günəş ətrafında ellips üzrə fırlanır. Yeni planetlər kəşf olunduqdan sonra məlum oldu ki, Uran, Neptun, Pluton və Merkuri də eyni orbit üzrə hərəkət edir. Yekunda, tam induksiya formasında belə ümumiləşdirmə edildi ki, Günəş sisteminin bütün planetlərinin orbiti ellipsə bənzərdir. Bu yeni bilik, hər bir planetin ellipsə bənzər hərəkəti faktının konstatasiyasından prinsipial ayrı əhəmiyyət daşıyır. Əvvəla, ümumiləşdirici nəticə “Günəş sisteminin planetləri” anlayışının inkişafına təsir göstərir. Çünki, onun məzmununa yeni əlamət –Günəş ətrafında ellips boyunca fırlanma –daxil edilir. İkincisi, bu əlamət bütün sinif hadisələrinin digər əhəmiyyətli səciyyələrinin aşkarlanması üçün əsas ola bilər. Məsələn, Günəş sisteminin planetlərinin yaranma mexanizmi haqqında problemin həlli zamanı.
Tam induksiyanın demonstrativ səciyyəsi bu əqlinəticənin sübut prosesində istifadəsinə kömək edir. Məsələn, həndəsədə üçbucağın daxili bucaqlarının cəmi haqqında teorem hər üç növ üçbucaq üçün ayrıca sübut edilir: itibucaqlı, düzbucaqlı və korbucaqlı üçbucaqlar. Onların hər birinin daxili bucaqlarının cəminin 180˚ -yə bərabər olmasını nəzərə alaraq induktiv ümumiləşdirmə qurulur: bütün üçbucaqların daxili bucaqlarının cəmi 180˚ -yə bərabərdir.
Tam induksiyanın tətbiqi hadisələr çoxluğunun sayılabilmə imkanı ilə müəyyənləşir. Əgər bütün predmetlər sinfini əhatə etmək mümkün olmursa, onda ümumiləşdirmə natamam induksiya formasında qurulur.
Natamam induksiya. Natamam induksiya elə əqli nəticəyə deyilir ki, burada müəyyən sinfin bəzi hadisələrində əlamətin təkrarlanmasına əsaslanaraq, bu əlamətin həmin sinfin bütün hadisələrinə aid olduğu nəticəsi çıxarılır.
Natamam induksiyanın sxemi belədir:

Yüklə 40,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin