S2 P əlamətinə malikdir. ...................................... Sn P əlamətinə malikdir. S1, S2,...,SnK sinfinə daxildir
Nəticə: Görünür ki, K sinfinin bütün elementləri P əlamətinə malikdir. İnduktiv əqlinəticənin natamamlığı onunla ifadə edilir ki, sinfin bütün yox, yalnız müəyyən qisim (S1, S2,...,Sn) elementləri tədqiq olunur. Natamam induksiyada sinfin bəzi elementlərindən bütün elementlərə məntiqi keçid kortəbii deyil. Onun empirik əsasları var: müəyyən növ hadisələr üçün əlamətlərin ümumi səciyyəsi və onların təcrübədə davamlı təkrarlanması arasında obyektiv asılılıq mövcuddur. Natamam induksiyanın praktikada geniş tətbiqi də məhz buradan qaynaqlanır. Məsələn, məhsul yığımı zamanı tonlarla buğdanın nəmliyi ayrıca götürülmüş nümunələr əsasında müəyyənləşdirilir.
Sinfin bəzi elementlərindən bütün elementlərə induktiv keçid məntiqi zəruriliyə iddia edə bilməz. Çünki, əlamətin təkrarlanması sadəcə təsadüf də ola bilər. Bu səbəbdən, natamam induktiv əqlinəticə həqiqi müqəddimələrdən səhih deyil, problematik yekun bilik çıxarılışına imkan verir. Ümumiləşdirməyə zidd olan heç olmasa bir faktın aşkarlanması induktiv əqlinəticəni yararsız edir.
Bu baxımdan natamam induksiyanı həqiqətəbənzər (qeyri-demonstrativ) əqlinəticələrə aid edirlər. Belə əqlinəticələrdə həqiqi müqəddimələrdən yekun bilik müəyyən ehtimal dərəcəsi ilə çıxarılır.
Natamam induksiyada ilkin öyrənilmə üçün götürülən empirik materialın seçilməsi üsulu məntiqi ardıcıllığa ciddi təsir göstərir. Məhz bu əlamətə görə natamam induksiya aşağıdakı iki növə ayrılır: 1) populyar induksiya; 2)elmi induksiya. Elmi induksiyanın da iki növü var: 1) seçmə yolu ilə aparılan induksiya; 2) istisna etmə yolu ilə aparılan induksiya. Bütövlükdə, induktiv əqlinəticənin növlərini aşağıdakı sxemlə göstərmək olar: