Mövzu 7: Maye və quru buzun istifadə edilməsi və istehsalı Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva


Təbii buzun hazırlanması və saxlanması



Yüklə 267,5 Kb.
səhifə4/11
tarix02.01.2022
ölçüsü267,5 Kb.
#38001
1   2   3   4   5   6   7   8   9   10   11
MÜHAZİRƏ- SOYUDUCULUQ TEX.-7

2. Təbii buzun hazırlanması və saxlanması

Təbii buzun hazırlanmasında üç əsas üsuldan istifadə edilir: ho­vuzlarda buzun hazırlanması, laylara görə buzun dondurulması, so­yuducu qurğularda buz salxımlarının (lülə) dondurulması.



2.1. Hovuzlarda (su tutanlar) buzun hazırlanması. Qış­da çayların, göllərin və ya dənizlərin səthində əmələ gəlmiş buz­la­rın deşilməsi, çıxarılması və ya kəsilməsi yolları ilə buz ha­zır­la­nır. Su tutan hovuzlar istənilən qədər təmiz suya, dərinliyi 0,75m- dən az olmayan və buzun çıxarılması üçün əlverişli sahilə ma­lik olmalıdır.

Buz qışın ikinci yarısında hazırlanır, hansı ki, bu vaxt onun qa­lınlığı 20…30 sm-ə qədər çatmış olsun. Daha düz bərabər buz tir­lərinin alınması üçün əvvəlcə buz sahəsi 0,8x0,6 və ya 1,0x0,7m2 öl­çülərində düzbucaqlı şəklində qeyd olunur (xətlənir) və sonra ling (lom) vasitəsilə deşilir və ya mişarla kəsilir. Sonra sudan çı­xa­rılaraq saxlanma yerinə daşınır.

Bu hazırlanma üsulunun çatışmamazlıqları su tutan hovuzların və buzun daşınması vaxtı çirk­lən­mə­sinə görə buzun keyfiyyətinin aşağı olması, buz tirlərinin sıx yığılması nəticəsində saxlamada bö­yük itkilər, eləcə də baş­lanğıcda böyük əmək sərflərinin olma­sın­dan ibarətdir.


Yüklə 267,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin