3.3. Duzlu su dövr edən soyuducular. Kameranın soyudulması ayrıca qondarılan çəndə buz-duz qarışığının əriməsində yaranan soyuq duzlu su ilə yerinə yetirilir. Soyuducunun kamerasından kənarda buz-duz qarışığı üçün çıxarılmış tutum imkan verir ki, onların həcmlərindən daha səmərəli istifadə edilsin.
Bu buz-duz soyuqluq sistemində duzlu suyun (rassolun) dövr etməsi məcburi və təbii olur. Məcburi dövretmə ilə buz-duz soyutma sistemi – Friqator sistemi adlanır. Bu sistemdə soyuq duzlu su buz və duzlarla doldurulmuş çəndə yaranır və hansı ki, bu soyuq generator və ya friqator adlanır. Generatorun çəni izolə edilmişdir. Onun üstündə qəfəs qoyulmuşdur ki, bu qəfəsə buz doldurulur. Çənin aşağı hissəsində soyuq duzlu su yığılır. Generatordan soyuq duzlu su nasosla sorulur və soyutma kamerasında yerləşən adi duzlu su batareyasına verilir. Qızdırılmış duzlu su yenidən suvarma kanalından keçərək generatora qayıdaraq buzu suvarır, soyudur və çənin aşağı hissəsinə tökülür. Qatılığın bərpası üçün duzlu suyun qızdırılmış hissəsi üçgedişli krandan keçərək duz konsentratora qaytarılır. Duzlu suyun artıq hissəsi boşaldıcı borudan keçərək kanalizasiyaya axıdılır.
Təbii (öz-özünə) dövr etməli duzlu su buz-duz soyutma sistemində (Kleymonov sistemi) elektrik enerji sərfi tələb olunur (şək. 4).
Dostları ilə paylaş: |