Mövzu 7: Maye və quru buzun istifadə edilməsi və istehsalı Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva



Yüklə 267,5 Kb.
səhifə9/11
tarix02.01.2022
ölçüsü267,5 Kb.
#38001
1   2   3   4   5   6   7   8   9   10   11
MÜHAZİRƏ- SOYUDUCULUQ TEX.-7

3.2. Buz anbarları. Buz anbarlarının əsas növünü Krılov an­barı (sklad) təşkil edir (şək. 3). O buzun özünün don­du­rul­ma­sı yolu ilə tikilir. Bu özlüyündə soyutma üsulu və tikinti ma­te­ria­lı kimi olur. İri bütöv buzda soyuducu kameralar, birləşdirilmiş ümu­mi dəhlizlər nəzərdə tutulmuşdur.

Şək. 3. M.M.Krılov sistemli buz anbarı:

1-buz; 2-tambur; 3-izolyasiya; 4-buz-duz soyuqluq cihazları; 5-kameralar; 6-dəhliz


Anbarın əsası katlovanda dondurulan qalınlığı 0,8 m olan buz sa­hələridir. Divar və tavanın qurulması üçün sahələrdə taxta qə­lib­lər tikilir, hansı ki, lazımi ölçülü iri buzun alınması üçün buz don­­durulur. Donmadan sonra taxta qəlib sökülür. Kameranın sa­hə­si 24…30 m2, dəhlizin eni 3 m, divarda dəhlizin və kamera­nın hün­dürlüyü 2,8 m, mərkəzdə 3,2 m, divarın qalınlığı 2…3 m, ta­­van 2 m-dir.

İri buz kütləsi kənardan qalınlığı 1 m-dən az olmayan izol­ya­si­ya materialı təbəqəsi ilə örtülür. İzolyasiya düzülərkən su ilə su­varılır və dondurulur. Bu buz kütləsinin xaric (ətraf) tərəfdən əri­məsini müdafiə edir, ona görə ki, ilin isti vaxtlarında xaricdən da­xil olan istiliyi izolyasiya təbəqəsi özündə saxlayır və izol­ya­siyada buzun əriməsinə sərf olunur. Örtüyün aşağı hissəsində tor­paq mailliyi yaradılır, ondan ötrü ki, izolyasiya sürüşməsin. Tam­bura çıxış izolə edilmiş qapılarla bağlanır, çıxışına isə bre­zent asılır.

Daxildən buz kütləsinin əriməsini saxlamaq üçün anbarda tem­peratur -0,5…1,5C-də saxlanılır. Bunun üçün kamera və dəh­­lizlərin divarları qəfəsli, bölməli, cibli quraşdırılır, hansı ki, bu­­ra buz-duz qarışığı doldurulur. Belə ciblər tamburda da yer­lə­şir. Ciblərin altında buz-duz qarışığının əriməsində yaranan duzlu su­yun yığılması üçün çəlləklər qoyulur. Buz-duz qarışığının kö­mə­yi ilə temperaturu anbarda 2…6C-yə qədər, soyuq rayonlarda isə -12C-yə qədər endirmək olar. Soyudulan buz kamera və dəh­li­zlərin döşəməsindən qopardılır. Ona görə də hər il qış vaxtında an­barların döşəmələri dondurulur. Buz anbarlarının soyuq iqlim zo­nalarında tikilməsi məsləhət bilinir. Buz anbarlarının bi­na­la­rı­nın qiyməti 5-6 dəfə adi maşınlı soyutma soyuducularından azdır. Buz anbarları tikintisinə sərf olunan bütün xərclərin ödənmə müd­dəti 2-3 ildir, onların istismarı 6…8 ildir. Buz anbarlarında ma­şınlı soyutmadan istifadə etmək olar.


Yüklə 267,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin