3.2. Buz anbarları. Buz anbarlarının əsas növünü Krılov anbarı (sklad) təşkil edir (şək. 3). O buzun özünün dondurulması yolu ilə tikilir. Bu özlüyündə soyutma üsulu və tikinti materialı kimi olur. İri bütöv buzda soyuducu kameralar, birləşdirilmiş ümumi dəhlizlər nəzərdə tutulmuşdur.
Şək. 3. M.M.Krılov sistemli buz anbarı:
1-buz; 2-tambur; 3-izolyasiya; 4-buz-duz soyuqluq cihazları; 5-kameralar; 6-dəhliz
Anbarın əsası katlovanda dondurulan qalınlığı 0,8 m olan buz sahələridir. Divar və tavanın qurulması üçün sahələrdə taxta qəliblər tikilir, hansı ki, lazımi ölçülü iri buzun alınması üçün buz dondurulur. Donmadan sonra taxta qəlib sökülür. Kameranın sahəsi 24…30 m2, dəhlizin eni 3 m, divarda dəhlizin və kameranın hündürlüyü 2,8 m, mərkəzdə 3,2 m, divarın qalınlığı 2…3 m, tavan 2 m-dir.
İri buz kütləsi kənardan qalınlığı 1 m-dən az olmayan izolyasiya materialı təbəqəsi ilə örtülür. İzolyasiya düzülərkən su ilə suvarılır və dondurulur. Bu buz kütləsinin xaric (ətraf) tərəfdən əriməsini müdafiə edir, ona görə ki, ilin isti vaxtlarında xaricdən daxil olan istiliyi izolyasiya təbəqəsi özündə saxlayır və izolyasiyada buzun əriməsinə sərf olunur. Örtüyün aşağı hissəsində torpaq mailliyi yaradılır, ondan ötrü ki, izolyasiya sürüşməsin. Tambura çıxış izolə edilmiş qapılarla bağlanır, çıxışına isə brezent asılır.
Daxildən buz kütləsinin əriməsini saxlamaq üçün anbarda temperatur -0,5…1,5C-də saxlanılır. Bunun üçün kamera və dəhlizlərin divarları qəfəsli, bölməli, cibli quraşdırılır, hansı ki, bura buz-duz qarışığı doldurulur. Belə ciblər tamburda da yerləşir. Ciblərin altında buz-duz qarışığının əriməsində yaranan duzlu suyun yığılması üçün çəlləklər qoyulur. Buz-duz qarışığının köməyi ilə temperaturu anbarda 2…6C-yə qədər, soyuq rayonlarda isə -12C-yə qədər endirmək olar. Soyudulan buz kamera və dəhlizlərin döşəməsindən qopardılır. Ona görə də hər il qış vaxtında anbarların döşəmələri dondurulur. Buz anbarlarının soyuq iqlim zonalarında tikilməsi məsləhət bilinir. Buz anbarlarının binalarının qiyməti 5-6 dəfə adi maşınlı soyutma soyuducularından azdır. Buz anbarları tikintisinə sərf olunan bütün xərclərin ödənmə müddəti 2-3 ildir, onların istismarı 6…8 ildir. Buz anbarlarında maşınlı soyutmadan istifadə etmək olar.
Dostları ilə paylaş: |