2. Təbii buzun hazırlanması və saxlanması
Təbii buzun hazırlanmasında üç əsas üsuldan istifadə edilir: hovuzlarda buzun hazırlanması, laylara görə buzun dondurulması, soyuducu qurğularda buz salxımlarının (lülə) dondurulması.
2.1. Hovuzlarda (su tutanlar) buzun hazırlanması. Qışda çayların, göllərin və ya dənizlərin səthində əmələ gəlmiş buzların deşilməsi, çıxarılması və ya kəsilməsi yolları ilə buz hazırlanır. Su tutan hovuzlar istənilən qədər təmiz suya, dərinliyi 0,75m- dən az olmayan və buzun çıxarılması üçün əlverişli sahilə malik olmalıdır.
Buz qışın ikinci yarısında hazırlanır, hansı ki, bu vaxt onun qalınlığı 20…30 sm-ə qədər çatmış olsun. Daha düz bərabər buz tirlərinin alınması üçün əvvəlcə buz sahəsi 0,8x0,6 və ya 1,0x0,7m2 ölçülərində düzbucaqlı şəklində qeyd olunur (xətlənir) və sonra ling (lom) vasitəsilə deşilir və ya mişarla kəsilir. Sonra sudan çıxarılaraq saxlanma yerinə daşınır.
Bu hazırlanma üsulunun çatışmamazlıqları su tutan hovuzların və buzun daşınması vaxtı çirklənməsinə görə buzun keyfiyyətinin aşağı olması, buz tirlərinin sıx yığılması nəticəsində saxlamada böyük itkilər, eləcə də başlanğıcda böyük əmək sərflərinin olmasından ibarətdir.
Dostları ilə paylaş: |