Mövzu 7: Maye və quru buzun istifadə edilməsi və istehsalı Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva


Laylara görə dondurulan buzun hazırlanması



Yüklə 267,5 Kb.
səhifə5/11
tarix02.01.2022
ölçüsü267,5 Kb.
#38001
1   2   3   4   5   6   7   8   9   10   11
MÜHAZİRƏ- SOYUDUCULUQ TEX.-7

2.2. Laylara görə dondurulan buzun hazırlanması. Buz­la­­rın hazırlanması elə sahələrdə aparılır ki, həmin sahələr is­ti­fa­də yerlərinə yaxın olsun.

Buz sahələrdə monolit massiv kimi yetişdirilir. Buz yetişdi­ri­lən sa­hələr düzbucaqlı formaya malikdir. Həmin sahələrə qa­lın­lı­ğı 15 sm-dən aşağı olmayan lay (qat) şəklində şlak və qraviy (çın­qıl) tö­kü­­lür. Sonra onun üstündən köhnə taxtalar düzülür. Bu tax­ta­larla əri­miş suyun axması üçün maililik yaradırlar. Ərimiş suyun yı­ğıl­ma­sı və kənarlaşdırılması üçün sahənin bütün ətrafından 1 m mə­­sa­fədə dərinliyi 0,5 m olan arx çəkilir. Sahənin ətrafı ilə hün­dür­­lü­yü təxminən 0,5 m olan bort qoyulur və nazik təbəqə şək­lin­də re­zin borudan (şlanqdan) su tökülür.

Bu layın qalınlığının sutka ərzində donması havanın tem­pera­tu­­rundan və hərəkət sürətindən asılıdır. Belə ki, küləyin 1 m/san sü­r­ətində havanın temperaturu -5C olduqda sutka ərzin­də buz la­yı 15 mm, -10C-də 30 mm, -15C-də 50 mm və -20C-də 70mm qa­lınlığında dona bilir. Küləkli havada donma intensivliyi 2…3 də­fə artır. Nə vaxt ki, layın qalınlığı bortun yuxarı kənarına çatır, on­da ağac bort aralanır və onu həmin kənarlardan təxminən bor­tun hündürlüyü qədər məsafədə donmuş buz layının səthinə qu­raş­dırırlar. Bundan sonra növbəti buz layının donmasına baş­la­nı­lır. Nəticədə pilləli buz plitkaları alınır.

Dondurulmanın sonunda buz dəstlərinin (buntlar) üstünün ör­tül­məsi üçün onu formaya salırlar (şək.1).




Yüklə 267,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin